ADNSU ilə Şanxay Universiteti arasında əməkdaşlıq genişlənir
Tarix: 22.12.2016 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çinin Şanxay Universitetinin səlahiyyətli nümayəndəsi Renying Li ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ali təhsil ocağı arasında münasibətlərin qurulması və inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin çinli tələbələrin ADNSU-da təhsil almaları üçün imkanların genişləndirilməsi, birgə elmi araşdırmaların aparılması, universitetin yataqxanasının tikilməsinə investisiyanın ayrılması kimi məsələlər müzakirə edilib. ADNSU-nun professorlarının Şanxay Universitetində tədris prosesində iştiraklarına şəraitin yaradılması ilə bağlı razılıq əldə olunub.
Ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən məmnunluğun ifadə edildiyi görüşdə Renying Liyə ADNSU-nun Çində təmsilçisi olması barədə sertifikat verilib. O diqqətə çatdırıb ki, təmsil etdiyi təhsil ocağı ilə ADNSU arasında əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Azərbaycanda doğum evlərində yeni standartlar tətbiq ediləcək
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info