Biləsuvarda “Dövlət-din münasibətləri” mövzusunda müşavirə
Tarix: 22.12.2016 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Biləsuvar rayonunda “Dövlət-din münasibətləri” mövzusunda müşavirə keçirilib. Biləsuvar Rayon İcra Hakimiyyətindən “Palitra”ya bildiriblər ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rayon İcra Hakimiyyətinin, Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin məsul işçiləri, hüquq-mühafizə  orqanlarının  rəhbərləri, inzibati  ərazi  dairələri  üzrə  icra  nümayəndələri, bələdiyyələr, məktəb direktorları, ictimaiyyətin  nümayəndələri, dini icma sədrləri, din xadimləri və KİV nümayəndələri iştirak edib. 
Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün möhtərəm Prezident İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulmuşdur. Artıq ölkəmizdə ənənə halı almış, gündəlik həyat tərzinə çevrilmiş tolerantlıq və multukultural dəyərlər bütün dünyada  ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Azərbaycan multikultralizmi dünyanın bir çox nüfuzlu ali məktəblərində, sosioloji, eləcədə politoloji tədqiqat institutlarında  tədris və tədqiq  olunur.
 Bu gün qurur hisi ilə deyə bilərik ki, aidiyyati dövlət orqanları tolerant və multikultural münasibətlərinin tənzimlənməsi işində dövlət başçısının qarşıya qoyduğu ideya və prinsiplərin həyata keçirilməsində tarixi nailiyyətlərə imza atmaqdadırlar.Görülən işlər və  həyata keçirilən tədbirlər dini qurumlarlarla dövlət təşkilatları,  ictimai təsisatlar arasında, eləcə də ayrı-ayrı dini konfessiyalar arsında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir.2016-cı ilin Azərbaycanda “Multikultralizm ili” elan edilməsi və bu il  çərçivəsində respublikamızın bütün bölgələrində  silsilə tədbirlərin təşkili və uğurla həyata keçirilməsi Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin  ölkə Prezidenditinin bu sahədəki siyasətinə ən böyük töhfədir.
Müasir mərhələdə dövlətimizin  din siyasəti Ümummilli liderimiz Heydər Əliyevin müəyyən  etdiyi  demokratik dövlət quruculuğu siyasətinə əsaslanır. Məhz Ulu Öndərin  ardıcıl, məqsədyönlü fəaliyyəti  sayəsində ölkəmizdə insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası  beynəlxalq hüquq normalarına uyğunlaşdırılmış, dövlət-din münasibətlərinin tənzimlənməsi  prinsipləri təsbit olunmuş, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına  nəzarət edilməsi, konfessiyalar arasında  dözümlülük ənənəsinin möhkəmləndirilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunamsı sahəsində mühüm tədbirlər həyat keçirilmişdir. Qəbul edilən  normativ hüquqi aktlar  bütövlükdə əqidə azadlığını təmin edir  və yarana biləcək problemləri həll etmək, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək  üçün hüquqi əsas yaradır. 2009-cu ilin mart və 2016-cı ilin senyabr ayında keçirilmiş ümumxalq səsverməsi - referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklər buna bariz nümunədir.  Belə ki, 2009-cu ildə konstitusiyamıza edilən əlavəyə əsasən  18-ci maddənin II hissəsində  “İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin  yayılması və  təbliği qadağandır ” cümləsində “dinlərin” sözündən sonra “Dini cərəyanların” sözünün əlavə edilməsi məhz o zərurətdən irəli gəlirdi ki, din ümumi məhvumdur. Lakin dinlərin qolları sayılan bir sıra radikal cərəyanlar vardır ki, onların baxışlarında insanpərvərlik prinsiplərinə və insan ləyaqətinə zidd olan nüanslar mövcuddur. Bu cür cərayanların ölkəmizdə yayılması dini durumun gərginləşməsinə və radikal meyllərin artmasına şərait yarad bilər. Dünyanın bütün sivil ölkələrində  insanpərvərlik prinsipinə zidd və insan ləyaqətini alçalda biləcək dini cərayanların yayılmasının qarşısı qanunla  alınır. Bu sahədə qanunvericilik bazasının ölkəmizdə də təkmilləşdirilməsi və dini durumun sabitliyinin qorunması baxımından böyük əhəmiyyətə maqlikdir. Bu dəyişikliklər  həmin cərəyanların  ölkəmizdə yayılmasının qarşısını qanun çərçivəsində tamamilə alınmasına imkan verir.
Bütün bunlarla yanaşı  təəsüflə qeyd etməliyik ki, hazırda dünyanın bir çox dövlətləri, xüsusilə də nəhəng, öz istəklərini diqtə edə bilən dövlətləri  geopolitik maraqlarını  gerçəkləşdirmək üçün külli miqdarda maliyyə vəsaiti hesabına başa gələn ideoloji təbliğata üstünlük verməyə başlayıblar. Dinin mənəvi dəyər, insanların mənəvi düşüncə meyarı olduğunu nəzərə alan bəzi anti-bəşəri təfəkkür mənsubları kütlələri ələ alaraq siyasi maraqları həyata keçirməyə çalışırlar Odur ki, zaman-zaman imperiyalar, dövlətlər  öz maraqlarını həyata keçirməkdən ötrü din amilindən əhəmiyyətli dərəcədə istifadə ediblər. Təsadüfü deyildir ki, müasir qlobal dünyada bir çox ziddiyyətlər din amili ilə əlaqələndirilir. Bütün bunlar onu  deməyə əsas verir ki, hər dövlətdə, o cümlədən Respublikamızda milli,  ideoloji, informasiya təhlükəsizliyi məsələsinə ciddi yanaşılaması, cəmiyyətin mənəvi və fiziki sağlamlığının qorunması baxımından qeyd olunan təhlükəsizliyin təmin olunması mühüm məsələdir.
Respublikamızın  Əsas Qanunu - Konstitusiyası,  “Dini etiqad azadlığı haqqinda”  və “Dini ekstermizmə qarşı mübarizə haqqında” Azərbayca Respublikasının qanunları  ilə ölkəmizdə dini etiqad azadlığı, eləcə də dini fanatizm, dini radikalizm, dini ekstermizm hallarına qarşı mübarizə tam təmin olunub. Ən mütərəqqi və sivil dəyərlərə əsaslanan qanunvericilik bazamız  imkan verir ki,  ölkəmizdə istənilən vətəndaş öz arzusu ilə istədiyi dinə sitayiş etsin. Eyni zamanda imkan vermək olmaz ki, xarici dövlətlərin dini missioner təşkilatları ölkəmizdə istənilən təbliğatı qura  və din pərdəsi adı altında təmsil etdikləri dövlətlərin maraqlarını həyat keçirə bilsinlər. Bu və buna bənzər faktlar Azərbaycan Respublikasının  milli və siyasi maraqlarına ziddir və belə halların qarşısı mütləq  və qətiyyətlə alınmaqdadır. Bu baxımdan  dövlətimiz kifayət qədər gücə və təcrübəyə malikdir. Rayon İcra Hakimiyyətinin başçısı bu sahədə rayonda görülən işlərə toxunaraq bildirdi ki, Biləsuvar rayonunda   həmişə dini baxımdan sabitlik hökm sürmüş, xalqımıza xas olan tolerantlıq ənənələri qorunub saxlanılmışdır.Bu gün  Biləsuvar rayonunda 44 məscid mövcuddur. Onlardan 28-i gündəlik, 16-sı isə dini ayinlərin icrası vaxtı fəaliyyət göstərir.  Rayon sakinləri sərbəst şəkildə rayonun Cümə məscidində  gündəlik dini ayinlərin icrası ilə məşğul olurlar.Rayonda ümumilikdə 86 nəfər mollalıq fəaliyyəti ilə məşğul olduğu halda, Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi attestasiyadan uğurla keçən  rəsmi dini ayin icraçılarının sayı  23 nəfərdir.  Bundan əlavə xaricdə dini təhsil almış biləsuvarlıların sayı 25 nəfərdir. Onlardan   13 nəfər  hal-hazırda rayonda, 7 nəfəri isə Bakı şəhərində yaşayır.  Digər 5 nəfəri hazırda təhsillərini davam etdirirlər.Rayonda   İslam dininin Şiyyəlik təriqəti ilə bağlı   rəsmi dövlət  qeydiyyatından keçmiş 12 dini icma fəaliyyət göstərir.
Çıxışının sonunda Mahir Quliyev ölkəmizin, o cümlədən rayonumuzun  dini baxımdan həssas regionda yerləşdiyini bildirərək daim  ayıq-sayıq olmağı qeyd etdi.Bu gün bir çox dövlətlər öz maraqlarını reallaşdırmaqdan ötrü ən mürtəce əməllərə əl atmaqdan belə çəkinmirlər. Odur ki, dini təbliğat adı ilə pərdələnərək öz maraqlarını gerçəkləşdirməyə çalışan  qüvvələrə qarşı ən kəsərli mübarizə silahı milli dəyərlərin qorunması olmalıdır.
Tədbirdə  Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin sədri Mübariz Qurbanlı  çıxış edərək Azərbaycanda dövlət və din münasibətləri və bu istiqamətdə görülən işlər barədə geniş məlumat verib. M.Qurbanlı respublikamızda  dövlət-din münasibətlərinin daha yüksək səviyyədə   tənzimlənməsi,  dini maarifləndirmə işinin  təşkili və həyata  keçirilməsi, həmçinin dini  icmaların  cəmiyyətdə radikalizm  meyllərinin qarşısının alınması  və sosial  problemlərinin həlli prosesinə  cəlb olunması sahəsində dövlətin həyata keçirdiyi tədbirləri din xadimlərinin nəzərinə çatdırdı. Çıxış edən natiqlər də bu sahədə görülən işlərdən danışaraq dinimizi yad ünsürlərdən qorumanın yolları, son vaxtlar qeyri ənənəvi, zərərli dini cərəyan və təriqətlərlə bağlı  fikir mübadiləsi aparıblar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info