Marin Le Pen Avropa Birliyini dağıtmağı vəd edir
Tarix: 23.12.2016 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


“Prezident seçiləcəyim halda Franasada Avropa Birliyindən çıxmaqla bağlı referendum keçiriləcək”

"Milli Cəbhə" partiyasının rəhbəri Marin Le Pen Fransada keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, ölkədə Avropa Birliyindən çıxmaqla bağlı referendum keçirəcəyi vədini verib.
“RİA Novosti” saytına danışan Le Pen bu addımı prezidentliyinin ilk altı ayı ərzində reallaşdıracağına söz verib: “Mən fransızlara söz verirəm- seçiləcəyim təqdirdə, ilk səfərimi Brüsselə edərək ölkəmin suverenliyinin qaytarılması ilə bağlı danışıqlar aparacağam”. Cəbhə liderinin fikrincə, Brüssel bu danışıqlarda güzəştə getməyəcəyi və danışıqlar heç bir nəticə verməyəcəyi təqdirdə Fransa Avropa Birliyini tərk edəcək. Le Pen ona da əmindir ki, Fransanın Avropa Birliyini tərk edəcəyi təqdirdə, birliyik dağılacaq. Maraqlı nüanslardan biri də prezident olmağa iddialı xanımın Rusiya ilə bağlı planlarıdır.

“Fransızlara söz verirəm - seçiləcəyim təqdirdə, ilk səfərimi Brüsselə edərək ölkəmin suverenliyinin qaytarılması ilə bağlı danışıqlar aparacağam”

O, prezident seçiləcəyi təqdirdə Moskva ilə münasibətlər qurmaq və bu ölkəyə qarşı tətbiq edilmiş qadağaların aradan götürülməsinin tərəfdarı kimi çıxış edib. Siyasətçi xanım belə bir addım atılmasının Fransa iqtisadiyyatı üçün də effektli olacağını nəzərə çatdırıb. Bir daha xatırladaq ki, Fransada prezident seçkiləri gələn ilin yazında keçiriləcək. Sorğulara görə, seçkilərdə ikinci tura böyük ehtimalla Le Penlə sabiq baş nazir Fransua Fiyon keçəcək. Qeyd edək ki, Fransada Rusiya ilə münasibətlərin nizamlanmasına tərəfdar olan siyasətçilərin sayı artmaqdadır. Fransanın daha bir sabiq baş naziri Dominik de Vilpen də həmin siyasətçilərin sırasına qoşularaq Moskva ilə həmrəyliyə çağırış edib. Vilpen Fransa diplomatiyasının münaqişələrin həllində çeviklik nümayiş etdirməsini təklif edib. O, hesab edir ki, bunun üçün Rusiya ilə fəal əməkdaşlıq etmək vacibdir: “Fransa hökuməti bildirir ki, Rusiya ilə münasibət qurmaq üçün dialoq və sərtlik lazımdır. Lakin siyasətdə sadəcə dialoq və ya sərtlik səmərəsizdir. Fəallıq nümayiş etdirmək, Rusiyanı maraqlandıracaq təşəbbüslər irəli sürmək lazımdır. Ancaq mənəvi prinsiplərin girovuna çevrilən diplomatiyamız yerində sayır”. Suriya münaqişəsinin həllinə toxunan Dominik de Vilpen Moskvanın mu məsələdə Ankara və Tehranla sıx əməkdaşlıq etməsinə diqqət çəkib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Paşinyanın açıqlamaları Ermənistanın dalana dirənməsinin nəticələridir
19.08.2019
Li Syan Lun: ABŞ və Çin “sehirli həbi” tapmalıdırlar
18.08.2019
ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir
18.08.2019
“İntihar“ hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər
18.08.2019
“Liviyadakı qarşıdurmaları dayandırmaq üçün sadə yol tutmaq lazımdır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info