BSU-da “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib
Tarix: 23.12.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində (BSU) I kurs tələbələri üçün “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib. Təhsil Nazirliyinin (TN) təşkilatçılığı ilə baş tutan təqdimatın aparıcısı Seyran Babayev “BİR” Tələbə-Könüllü Proqramı barədə tələbələrə ətraflı məlumat verib. O qeyd edib ki, bu proqram Təhsil Nazirliyinin tabeçiliyində olan 18 ali təhsil müəssisəsini əhatə edir. “Bir” könüllü olmaq gənclərə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak, təhsildə öyrəndiklərini tətbiq etmək, tələbəlik həyatını rəngarəng və faydalı keçirmək, daim öndə olmaq, yeni dostlar qazanmaq imkanı yaradır. Sonra “BİR” Tələbə-Könüllü Proqramını əks etdirən video-çarx nümayiş etdirilib. Tədbirdə çıxış edən TN-nin “BİR” Tələbə-Könüllü Proqramının assistenti Canoğlan İlyasov bildirib ki, ölkəmizdə bir çox irimiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülər boyük rol oynayırlar. “Formula 1” Avropa Qran-prisi ərəfəsində “Bir” Tələbə-Könüllüləri arasında keçirilən kartinq çempionatı barədə məlumat verən C. İlyasov çempionatda proqramın əhatə etdiyi ali təhsil müəssisələrində təhsil alan 100-dən çox tələbə-könüllünün iştirak etdiyini deyib. Çempionatın sonunda dairələri ən birinci tamamlayan Bakı Slavyan Universitetinin tələbə-könüllüsü Ramin Əsgərov yarışın ən sürətli pilotu olub. Canoğlan İlyasov bu münasibətlə Ramin Əsgərova “Bir”inci Tələbələrarası Kartinq Çempionatı kubokunu təqdim edib. “BİR” Tələbə-Könüllü Proqramının BSU üzrə koordinatorları Məmmədəli Həsənov, Zəhra Dadaşzadə, Fidan Qazaxova öz təəssüratlarını iştirakçılarla bölüşüblər. Koordinatorlar tələbələri “Bir” könüllü olaraq proqram çərçivəsində həyata keçirilən layihələrdə fəal olmağa səsləyiblər. Təqdimat mərasimində “BİR” Tələbə-Könüllü Proqramının əhatə etdiyi ali müəssisələrinin tələbə-könüllüləri də iştirak ediblər. Tədbirin davamında tələblər arasında oyunlar keçirilib, qalib gələn tələbələrə “BİR” Tələbə-Könüllü Proqramının simvolik nişanları hədiyyə olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info