Gəncə və ətraf rayonlarda fəaliyyət göstərən 43 sahibkara güzəştli kredit verilib
Tarix: 23.12.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Nazirlikdən verilən məlumata görə, ötən gün bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum Gəncə şəhərində keçirilib. 150-yə yaxın sahibkarın iştirak etdiyi forumda Gəncə şəhərinin iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan istixana təsərrüfatlarının, plastik qapı-pəncərə, süni üzlüklər və dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, sabun istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. SKMF-nin icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, indiyədək Fondun vəsaitləri hesabına Gəncə şəhərində sahibkarlıq subyektlərinin 481 investisiya layihəsinin maliyyələşdirilməsinə 39 mln. manat güzəştli kredit verilib. Qeyd edilib ki, ümumilikdə, Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6000-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 228 mln. manat güzəştli kredit verilib. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Gəncə şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 43 sahibkara 7,3 mln. manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, aqropark kompleksinin yaradılması, heyvandarlıq, un məmulatları, mərmər, şüşə, plastik qapı-pəncərə istehsalı, tərəvəzçilik, turizm sahəsinin inkişafına yönəldiləcək və 250-yə yaxın yeni iş yerinin açılmasına imkan verəcək. Tədbir çərçivəsində, həmçinin dövlətin güzəştli krediti hesabına Gəncə şəhərində yaradılan ixtisaslaşdırılmış "yaşıl market" kompleksində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. Ümumilikdə indiyədək dövlətin güzəştli kreditləri hesabına 4 ixtisaslaşdırılmış "yaşıl market"in yaradılmasına 15,7 mln. manat güzəştli kredit verilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info