İslam ölkələri arasında ticarət genişləndiriləcək
Tarix: 23.12.2016 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


2020-ci ilədək kənd təsərrüfatı məhsulları ixracı üzrə 200 fermer ixtisaslaşacaq

Ölkədə kənd təsərrüfatının inkişafı üçün bu sahədə bütün istiqamətlərdə geniş tədbirlərin həyata keçirilməsi vacibdir. Bugünlərdə ölkə başçısının fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də məhz bu amillər öz əksini tapıb. Belə ki, Strateji Yol Xəritəsində ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış əks olunub ki, bu da kənd təsərrüfatı sahəsində həm orta, həm də uzunmüddətli dövr üzrə strateji inkişaf hədəflərinə çatmaq üçün dövlətin ardıcıl mərhələlərlə icra ediləcək aydın yol xəritəsinə malik olmasını ifadə edir.

Qlobal ixracda Azərbaycanın payı 0,014 faizdən 0,054 faizə yüksəlib
Kənd təsərrüfatının inkişafı istiqamətində vacib amillərdən biri də ixracdır ki, hazırda bu sahədə mühüm tədbirlərin görülməsi ilə bağlı iş aparılır. Strateji Yol Xəritəsinə görə, ölkədə kənd təsərrüfatı və ərzaq məhsulları ixracının həcmi 2001-2015-ci illər ərzində 11,1 dəfə, 2005-2015-ci illər ərzində isə 2,2 dəfə artıb. İlkin kənd təsərrüfatı məhsullarının ixracı müvafiq dövrlərdə 8,5 dəfə və 1,6 dəfə, emal olunmuş kənd təsərrüfatı məhsulları isə, müvafiq olaraq, 14,7 dəfə və 3 dəfə artıb. Malların ticarətinə dair BMT-nin məlumatlarına əsasən, 2001-2015-ci illər ərzində kənd təsərrüfatı və ərzaq məhsulları üzrə qlobal ixracda Azərbaycanın payı 0,014 faizdən 0,054 faizə yüksəlib. Bununla belə, son iki ildə emal olunmuş kənd təsərrüfatı məhsullarının ixracının azalması hesabına ümumi ixracın da həcmində azalma baş verib. İxrac olunan kənd təsərrüfatı və ərzaq məhsullarının 44 faizini ilkin kənd təsərrüfatı, 56 faizini isə emal sənayesi məhsulları təşkil edir. Eyni zamanda ilkin kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası çox məhduddur. Belə ki, bu məhsulların 90 faizi keçmiş Sovet İttifaqı ölkələrinə (Baltikyanı ölkələr istisna olmaqla), xüsusilə Rusiyaya ixrac olunur. Göründüyü kimi, əsasən meyvə və tərəvəz üzrə ticarət balansımız müsbət saldoya malikdir. Rusiya bazarı Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının əsas bazarıdır. Digər ölkələrin və Azərbaycanın bu bazara ixrac etdiyi əsas məhsulların təhlili əsasında ixrac üçün üç əsas məhsul müəyyən edilib: faraş pomidor, təzə xiyar və meyvələr (məsələn, fındıq, alma, nar, xurma, bostan məhsulları). Azərbaycan bu məhsulların hər biri üçün rəqabət imkanlarına malikdir və qısa müddət ərzində onların istehsalını və məhsuldarlığını əhəmiyyətli dərəcədə artıra bilər. Əgər Azərbaycan Rusiya bazarına ixracda mühüm paya sahib ola bilərsə, bu məhsulların hər birinin ixracı nəzərəçarpacaq dərəcədə arta bilər.

“Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması önəmlidir
Bu gün dünya kənd təsərrüfatı sahəsində ən mühüm amillərdən biri elektron sistemin tətbiqidir. Strateji yol xəritəsinə görə, ölkəmizdə 2025-ci ilədək elektron kənd təsərrüfatı sistemi fəaliyyət göstərəcək və bu sistem daha güclü qərarların verilməsinə və siyasətin hazırlanmasına şərait yaradacaq. Həmçinin yol xəritəsinə görə, kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə hazırkı və potensial ixrac bazarlarında mütəmadi olaraq marketinq tədqiqatları aparılaraq, bunun əsasında təkliflər hazırlanacaq və istehsalçılar məlumatlandırılacaq. Tədbirlər nəticəsində istehsalçılar ixracyönümlü məhsul istehsal etmək vərdişləri qazanacaqlar, kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası genişləndiriləcək, kənd təsərrüfatı məhsulları üzrə ixracın həcmi artacaq, 2020-ci ildə real ÜDM-ə birbaşa təsirinin 35 milyon manat, dolayı təsirinin isə 55 milyon manat olmaqla, ümumilikdə, 90 milyon manat olacağı proqnozlaşdırılır. Bu prioritet üzrə tədbirlərin görülməsi nəticəsində birbaşa və dolayı yolla 5060 iş yerinin açılacağı gözlənilir. 2020-ci ilədək kənd təsərrüfatı məhsulları ixracı üzrə 200 fermer ixtisaslaşacaq. Müasir dövrdə idarəetmədə şəffaflığın və səmərəliliyin artırılması baxımından “elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması önəmlidir.

İslam ölkələrinin öz aralarındakı ticarət həcmi 132 milyard dollardır
Bugünlərdə Türkiyədə keçirilən “İslam Ölkələrinin Ortaq Bazarı və Birjası layihəsinin təqdimatı və inkişaf etdirilməsi ilə bağlı konfrans”da məhz İslam Əməkdaşlıq Təşkilatının (iƏT) üzvü olan ölkələrdə kiçikmiqyaslı fermerlər və kooperativlər arasındakı ticarəti inkişaf etdirməklə bağlı müzakirələr aparılıb. Üç gün davam edən konfransdaİƏT üzvü ölkələrdəki kiçik biznes, ailə təsərrüfatı və kooperativlər arasında məlumat bazası, informasiya şəbəkəsi və veb səhifəsinin qurulmasını nəzərdə tutan layihə çərçivəsində atılan addımların vacib olduğu, web saytın (www.icpcem.com) təqdimat və inkişaf etdirilməsinə dair işlər də müzakirə edilib. Türkiyə qida əkinçilik və heyvandarlıq nazirinin müavini Mehmet Danış, konfransda İslam ölkələri arasındakı ticarətə bağlı məlumatlar verib. Ticarətin istehsaldan daha əhəmiyyətli bir nöqtəyə gəldiyini deyən Danış, İslam ölkələri arasında ticarətin mənfi olmadığına diqqəti çəkib. Danış, "İslam ölkələrinin öz aralarındakı ticarət həcmi bu gün etibarilə 132 milyard dollardır. Yəni, dünya kənd təsərrüfatı ixracatının 11 faizinə bərabərdir. Əhali mənasında baxıldığında isə 21 faiz əhalini əhatə edirik”- deyib.
E-ticarət sektorunun dünya miqyasında böyüdüyünü söyləyən Danış bildirib: "Bizim də yeni qaydalara uyğun şəkildə ticarətimizi inkişaf etdirməyimiz lazımdır. Bunun üçün də hazırlanan bu layihənin İslam ölkələri arasında sürətlə yayılmasının lazım olduğunu düşünürəm”. O, ticarəti artırmanın yolunun ticarət edənlərin bir-birlərini daha yaxşı tanımasında, ticarət aparılan yolların güçləndirilməsinden keçdiyini ifadə edib.
Ankara Ticarət Birjasının (ATB) idarə heyətinin sədri Faiq Yavuz bildirib ki, bununla İslam ölkələri arasındakı iş birliyinin inkişafı ilə yanaşı, həmrəylik də artacaq. İslam ölkələrinin potensialına toxunan Yavuz deyib: "Eyni anda dörd ayrı mövsümü yaşaya ölkələrə sahibik. Hər cür məhsulu, hər mövsümdə çıxaracaq bir potansialımız var. Bu potensialı ortaya qoymaq lazımdır".
Konfransda da toxunulduğu kimi elektron sistemin, o cümlədən e-ticarətin tətbiqi kənd təsərrüfatı məhsullarının ixracında mühüm əhəmiyyət kəsb edir. Strateji Yol Xəritəsində də prioritetlərdən biri məhz kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə ixracın təşviqi və dəstəklənməsi, ixrac bazarlarının coğrafiyasının genişləndirilməsinə və ənənəvi ixrac bazarlarındakı mövqelərin möhkəmləndirilməsinə dəstək verilməsidir. Qeyd edək ki, ixrac bazarlarının genişləndirilməsində də İslam ölkələrinin birgə fəaliyyəti mühüm rol oynaya bilər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Azeri Light”ın bir barreli 82,21 dollara satılır
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info