“Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasındakı uşaqların müalicəsi Fondun nəzarətindədir”
Tarix: 23.12.2016 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olub.
 
Heydər Əliyev Fondundan verilən məlumata görə, tələbələrlə keçirilən görüşdə akademiyanın fəaliyyəti, buradakı təhsil şəraiti barədə məlumat verilib. Qeyd olunub ki, 2000-ci ildə Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əliyevin fərmanı ilə yaradılan Dövlət Rəssamlıq Akademiyasında hazırda 7 ixtisas və 20 ixtisaslaşma üzrə rəssam kadrlar hazırlanır.
 
 
Akademiyanın rektoru, Xalq Rəssamı Ömər Eldarov bildirib ki, təsviri sənət, memarlıq və dizayn, dekorativ-tətbiqi sənət və sənətşünaslıq fakültələrində tələbələr bakalavr və magistratura pillələrində təhsil alırlar. Həm bakalavr, həm də magistrların yüksək ixtisaslara yiyələnməsi üçün akademiyada emalatxanalar yaradılıb.
 
Leyla Əliyeva emalatxanalarda tələbələrin əl işləri ilə tanış olub, onlara yaradıcılıq prosesində tövsiyələrini verib.
 
 
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bir qrup tələbəsi ilə birlikdə Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında olub.
 
 
Klinikada müalicə olunan uşaqlara baş çəkən Leyla Əliyeva onların səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb, qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriklərini çatdırıb.
 
Leyla Əliyeva və Rəssamlıq Akademiyasının tələbələri, həmçinin uşaqlarla birlikdə müxtəlif mövzularda rəsmlər çəkiblər.
 
Qeyd edək ki, təşkil edilən bu görüş klinikada müalicə olunan və öz istedadları ilə seçilən uşaqlar üçün yaradıcılıq imkanlarının genişləndirilməsi baxımından həm də gözəl bir fürsət olub.
 
Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasındakı uşaqların müalicəsinin Fondun nəzarətində olduğunu, uşaqların sağlamlığı ilə bağlı məsələlərə daim önəm verildiyini bildirib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info