Yeni hərbi şəhərcik istifadəyə verilib
Tarix: 23.12.2016 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Yeni tikilən növbəti hərbi kompleksin açılışı olub. 
Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən verilən məlumata görə, MN rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi şəhərciyin ərazisindəki qərargah, döyüş texnikası saxlancları, əsgər yataqxanaları, yeməkxana, qazanxana-camaşırxana kompleksi, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı və digər obyektlər ilə tanış olub.
 
Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq əldə edilən uğurlardan danışıb, döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
 
Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.
 
Nazir hərbi hissədə çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə bağlı müvafiq göstəriş və tövsiyələrini verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib
22.04.2019
Masallıda “Erkən nikahların qarşısı alınmalıdır” mövzusunda tədbir keçirilib
22.04.2019
Astara rayonunda “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib
22.04.2019
Qazaxda inşa olunan elektrod zavodu istehsala hazırdır
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


23.04 08:37
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info