2016-cı ildə uğur qazanmış Nəsimi gəncləri mükafatlandırılıb
Tarix: 23.12.2016 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olub və hazırda günü-gündən artmaqdadır. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətinin davamçısı olan Prezident İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Bu gün Nəsimi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının gənclər arasında birgə keçirdiyi “Unudulmaz Lider və Mənim Prezidentim” layihələrinin yekununa həsr edilmiş 55 Adda - 55 Qalib tədbiri keçirilib. Tədbirə ali təhsil müəssisələrində təhsil alan fəal tələbələr, rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai,  elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunub.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi: “Millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlıq lazımdır. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülüb”.
Bildirilib ki, Yeni Azərbaycan Partiyasının sədri,  Prezident İlham Əliyevin  rəhbərliyi ilə ölkəmizdə yaradılmış əmin-amanlıq şəraitində  Azərbaycan gəncləri çox saylı uğurlarla  yeni ilə və yeni hədəflərə doğru addımlayır. Gənclər dövlətimizin həyata keçirdiyi siyasəti  yüksək qiymətləndirməklə çalışırlar ki, həyata keçirilən bu əzəmətli işlərdə yaxından iştirak etsinlər. Həqiqətən də ölkəmizdə qazanılmış uğurlarla Azərbaycan gəncləri fəxr edirlər. Azərbaycan gəncləri başa düşürlər ki, ölkəmizdə əldə olunan hər bir uğur gənclərin gələcəyi naminədir.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı da tədbirdə çıxış edərək ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gənclərimizi qazandıqları uğurlar münasibəti ilə təbrik etmiş, onlara yeni-yeni nailiyyətlər arzulayıb.
Həmçinin tədbirdə ilin yekunlarına və layihələrdə fəal iştirakına görə gənclər arasında 55 nominasiya üzrə keçirilən müsabiqələrdə iştirak edən gənclərdən 55 qalibə mükafat təqdim edilib. Tədbirdə YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyi tərəfindən hazırlanmış “Gənclər öz Liderini təbrik edir” video filminin və “Ulu öndər nişanəsi” mahnısının təqdimatı da keçirilib.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının ən fəal gəncləri xüsusi hazırlanmış lövhədə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə öz səmimi təbriklərini də yazıblar.
Azərbaycan Velosiped Federasiyası tərəfindən velosipedçilərin yürüşü təşkil edilib. Veloyürüşə Nəsimi Rayon İcra Hakimiyyətinin qarşısından start verilmiş və qızlardan ibarət komandanın yarışı keçirilib. Yarışda qalib gələn velosipedçi qızlar tədbirdə mükafatlandırılıblar.
Tədbirdə iştirak edən gənclər onlara olan etimada, qayğıya və verilən dəyərə görə Prezidentə öz təşəkkürlərini bildiriblər. Göstərilən diqqətin onları daha çox məsuliyyətli etməyə sövq etdiyini və gənclərin bu etimadı fəaliyyətləri ilə hər zaman doğruldacaqlarını bildiriblər.
Tədbirdə Ombudsman Elmira Süleymanova, Milli Məclisin üzvləri -  Ziyad Səmədzadə, Sahibə Qafarova, Şahin İsmayılov və digər rəsmilər iştirak ediblər.
Tədbir bədii proqramla yekunlaşıb.


Nigar



 






 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info