Ziya Məmmədov uşaqlar arasında şahmat turnirinin qalibi olub
Tarix: 23.12.2016 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Ziya Məmmədov 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş beynəlxalq şahmat turniri çərçivəsində 10 yaşına qədər uşaqlardan ibarət qrupun turnirinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, Vüqar Həşimov adına Şahmat Akademiyasında keçirilən turnirdə 34 gənc şahmatçı iştirak edib. Ziya Məmmədov 7 mümkün xalqdan 6 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medalı 5,5 xalla Nərmin Abdinova qazanıb. Üç şahmatçı – Ramil Əhmədov, Məhəmməd Həsənzadə və Toğrul Qurbanov hərəyə 5 xal toplayıblar. Ramil Əhmədov əlavə göstəricilərə görə bürünc mükafatçı olub.
Xatırladaq ki, festival çərçivəsində açıq turnir, 10 yaşına qədər uşaqlardan ibarət qrupun turniri (hər ikisinin xalları FIDE reytinqində hesablanmaqla), rapid və blits turnirlər keçirilir.
Açıq turnirdə 3 ölkədən - Azərbaycan, İran və Fransadan 89 şahmatçı iştirak edir. Hazırda turnir cədvəlinə Ülvi Bacarani başçılıq edir. Onun aktivində 7 xal var. Ustalığa namizəd Aydın Süleymanlı və Eldar Musayev 8 mümkün xaldan hərəyə 6,5 xal toplayıblar. Beş şahmatçı hərəyə 6 xal qazanıb.
Rapid və blits turnirlərin iştirakçılarının ilkin start siyahısında qrossmeysterlər Ülvi Bacarani, Vüqar Rəsulov, Zaur Məmmədov, Sərxan Quliyev, Ürfan Sevdimalıyev, beynəlxalq ustalar Orxan Abdulov, Nail Bəşirli və başqaları təmsil olunublar.
Turnirin baş hakimi FIDE-nin arbitri Cavanşir Bağırovdur.

Mahmud





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info