Humanist pedaqogika üzrə II beynəlxalq konfrans-seminar davam edir
Tarix: 23.12.2016 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) və Respublika Humanist Pedaqogika Mərkəzinin (RHPM) birgə təşkilatçılığı ilə Humanist pedaqogika üzrə “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda keçirilən II beynəlxalq konfrans-seminar öz işini uğurla davam etdirir. Qeyd edək ki, II beynəlxalq konfrans-seminar çərçivəsində dekabrın 23-də Gürcüstan Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, psixoloq Paata Amonaşvilinin təqdimatı keçirilib. Təqdimatda ADPU-nun rəhbərliyi, konfrans-seminarın iştirakçıları,universitetin professor-müəllimləri, tələbələri iştirak ediblər.
Təqdimatını əsasən müasir pedaqogikanın əfsanəsi, psixologiya elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, yazıçı Şalva Amonaşvilinin Humanist pedaqogika sahəsindəki elmi fikirləri üzərində quran Paata Amonaşvili uşaqların təlim-tərbiyə və onların daxili mənəvi dünyalarının formalaşması məsələlərindən danışıb. Bildirib ki, həyatda hər kəsin xoşbəxtliyə münasibəti, yanaşması fərqlidir. Kimisi xoşbəxtliyi var-dövlətdə, zənginlikdə, təmtəraqlı həyat tərzində görür, kimisi isə mənəvi dəyərlər əsasında yaşamaqda, fəaliyyət göstərməyə üstünlük verir. Uşaqlar böyük və sərhədsiz enerjiyə malikdirlər. Böyük və hüdudsuz enerji isə yaradıcılığın təminatçısıdır. Uşağın daxili aləmini düzgün anlamaq, onun enerjisini, istedad və bacarığını düzgün istiqamətləndirmək lazımdır. Uşağa həm sərbəstlik vermək, eyni zamanda nəzarət edərək təhlükələrdən qorumaq vacibdir. Ailədə, məktəbdə təlim-tərbiyə prosesində uşaqlara daha çox mənəvi dəyərləri, humanist ideyaları aşılamaq lazımdır. Uşaqları daxili mənəvi rahatlığın hər şeydən üstün olduğuna inandırmaq lazımdır. Bunun üçün onları maddi yox, mənəvi dəyərlərin daha lazımlı, daha faydalı olmasına inandırmaq əsas şərtdir. Belə bir müdrik ifadə var: xoşbəxtlik- insanın daxili mənəvi sakitliyidir. Uşaqları insanlığın xoşbəxtliyi naminə çalışmağa sövq etməyə ruhlandırmaq, onları bu ruhda tərbiyə etmək, müqəddəs ümumbəşəri ideallara xidmət etməyə yönəltmək müəllimin qarşısında dayanan əsas vəzifələrdən biridir.
Dialoq və fikir mübadiləsi şəraitində keçən təqdimatda iştirakçıların sualları cavablandırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info