KİVDF jurnalistləri mükafatlandırdı
Tarix: 23.12.2016 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Trend-in məlumatına görə, KİVDF rəhbəri Vüqar Səfərli bildirib ki, rəhbərlik etdiyi qurum bu il 10 müsabiqə elan edib. Onlardan üçü Fond tərəfindən keçirilib, digər 7 müsabiqəni isə KİVDF Mədəniyyət və Turizm Nazirliyi, Nizami, Suraxanı rayon və Gəncə şəhər İcra hakimiyyətləri, "Azərsu" və " Azərişıq" ASC-lərlə birgə keçirib:
"Bu il "Multikulturalizm ili" ilə əlaqədar olaraq iki müsabiqə keçirdik. Bundan başqa, fond Xaçmaz və İsmayıllı rayonlarında da tədbirlər təşkil olunub".
V.Səfərli qeyd edib ki, bu il KİVDF-nin elan etdiyi müsabiqələrdə 806 jurnalist iştirak edib. Onlardan 445 jurnalist qalib elan edilib. 100 qalib yazının kitab halında çap olunduğunu deyən KİVDF rəhbəri bildirib ki, bu il kitabın ikinci cildi çapdan çıxıb. Kitabda 57 müəllifin yazısı var.
O əlavə edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən müsabiqəyə 160 yazı daxil olub. Həmin yazılardan 114-ü qalib elan olunub.
Tədbirin sonunda müsabiqənin qalibləri mükafatlandırılıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info