Britaniyalı müəllimlər BANM-də qış semestrinin imtahanlarını keçirirlər
Tarix: 23.12.2016 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan II-V kurs tələbələrinin qış semestri üzrə növbəti yazılı imtahanlarını ali məktəbin tərəfdaşı olan Böyük Britaniyanın Heriot-Vatt Universitetinin (HVU) professor-müəllim heyəti keçiriblər. İmtahanlar Böyük Britaniya ilə vaxt fərqini nəzərə almaqla HVU-dakı imtahanlarla paralel olaraq keçirilir ki, bu da hər iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarını bir-birinə ötürmək imkanını istisna edir.
BANM-də səfərdə olan HVU-nun nümayəndə heyətinin tərkibinə Texniki və Təbiət Elmləri İnstitutunun beynəlxalq əlaqələr üzrə məsul əməkdaşı Kevin Makkalax, İnstitutun professoru Grem Vayt, o cümlədən mühəndislik proqramları üzrə direktor müavini Aleksandr Bell, Neft-qaz İnstitutunun baş müəllimi Cillian Pikap, Tələbələrə dəstək şöbəsinin tədris və təlim üzrə meneceri Patrisiya Dunkan və bu şöbənin əməkdaşı İren Foks daxil idilər.
İmtahanları uğurla vermiş BANM-in tələbələri ali məktəblə HVU arasında mövcud olan müqavilə çərçivəsində ikili diplom ala biləcəklər. Sözügedən müqavilə çərçivəsində HVU-nun müəllimləri BANM-də imtahanların təşkili və keçirilməsinə nəzarət etmək məqsədi ilə müntəzəm olaraq Bakıya səfər edir, tələbələrin yazılı cavabları qiymətləndirilmək üçün Böyük Britaniyaya - HVU-ya göndərilir. İmtahan prosesinin bu şəkildə təşkili işlərin qiymətləndirilməsinin nəticələrinin şəffaflığına və obyektivliyinə təminat verir.
Qeyd etmək lazımdır ki, BANM Azərbaycanda tələbələrin biliklərinin xarici universitetin ekspertləri tərəfindən qiymətləndirildiyi yeganə ali təhsil müəssisəsi olaraq qalır.


 Nigar





 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info