“Odlar Yurdu” Gənclər İctimai Birliyi təltif olunub
Tarix: 23.12.2016 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


“Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsinin bağlanış mərasimində respublikanın fəal gənclər təşkilatlarından olan “Odlar Yurdu” Gənclər İctimai Birliyi layihə çərçivəsində fəal iştirakı və verdiyi töhfələrə görə təltif olunub.
Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə “Odlar Yurdu” GİB “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində 2014-cü ildən etibarən Gəncə şəhərində 2 böyük beynəlxalq layihə (“Gəncə 2016-Avropalı gənc yazarların hekayələrində”, “İncəsənət və idman: əl- ələ”), 7 yerli layihə (“Sağlam 5 gün”, "KönüllüSƏN", "Ganja in Action", "Karyera A-dan Z-yə",“Media Məktəbi -2”, Gələcək vəd edən həqiqətlər: Gənclər və Multikulturalizm", “Fərdi İnkişaf Akademiyası” ), 4 intellektual oyun və bilik yarışı, 29 seminar, təlim, müxtəlif görüş və təqdimatlar təşkil edib. Həmçinin Bolqarıstan, Gürcüstan, Türkiyə, Norveç, Rumunya, Macarıstanda keçirilən beynəlxalq layihələrdə “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı”na həsr olunmuş müxtəlif təqdimatlar həyata keçirib. Həmçinin Gəncədə, o cümlədən respublika səviyyəsində “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində həyata keçirilən bir sıra tədbirlərin, fəaliyyətlərin təşkilində yaxından iştirak edib. Sədr həmçinin birliyin idarə heyyəti üzvləri və fəal könüllülərinin “Gəncə 2016-AGP” layihəsində yaxından iştirak etdiklərini və layihənin bağlanış mərasimində aktiv könüllülər olaraq mükafatlandıqlarını da vurğulayıb.
Bağlanış mərasimdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, bir sıra dövlət və hökumət nümayəndələri iştirak ediblər. Mərasimə, həmçinin Milli Məclisin deputatları, xarici ölkələrin diplomatik nümayəndəliklərinin və QHT-lərin təmsilçiləri, Bolqarıstanın Varna şəhər bələdiyyəsinin rəhbərliyi, Gürcüstanın Kutaisi şəhərinin meri, ictimaiyyət nümayəndələri və könüllülər qatılıblar.
Mərasimin sonunda Avropa Gənclər Paytaxtı layihəsinin yüksək səviyyədə reallaşdırılmasında yaxından iştirak etmiş digər gənclər təşkilatları, dövlət və biznes qurumları, könüllülər, həmçinin mətbuat nümayəndələri təltif olunublar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info