“Gələn ilin ikinci yarısında neftin qiyməti hazırkı səviyyədə qalacaq“
Tarix: 23.12.2016 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


2017-ci ilin ikinci yarısında neftin qiyməti hazırkı səviyyədə qalacaq. “Lenta.ru" portalı xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən illik mətbuat konfransında bildirib.
 
"Neftin qiymətinə dair proqnoz vermək çox çətindir. Qiymətlər bir çox qeyri-müəyyən faktorlardan asılıdır və bu səbəbdən öncədən proqnoz vermək mümkün deyil. Energetika Nazirliyi artıq öz fərziyyələrini ifadə edib. Biz hesab edirik ki, 2017-ci ilin ikinci yarısında artıq neft bazardan gedəcək və neftin qiymətləri stabilləşəcək. Hesab edirik ki, qiymətlər cari səviyyədə sabitləşəcək", - deyə prezident bildirib.

V. Putin əminliklə qeyd edib ki, rəsmi Moskva OPEC-in əldə etdiyi razılaşmaya qoşulmaqla düzgün addım atıb: "Rusiya tərəfindən neft hasilatının azaldılması cüzi olacaq. Neft hasilatının azaldılmasına dair əldə olunan razılıq nəticəsində Rusiyanın dövlət büdcəsinə illik 1,75 trilyon rubl vəsait gətirəcək".

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info