Yazıçılarla görüşlər tələbələrin bədii ədəbiyyata marağını artırır
Tarix: 23.12.2016 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Bakı Humanitar Kollecində (BHK) Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin şöbə müdiri, şair, yazıçı-publisist Mətanət Ulu Şirvanlı ilə görüş keçirilib.
BHK-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən kollecin şöbə müdiri Talıb Zülfiyev tələbələrin bədii ədəbiyyata marağının artması, daxili mənəvi dünyalarının zənginləşməsi, mütaliə mədəniyyətinin yüksəlməsi, dünyagörüşlərinin əhatəli olması baxımından bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.
Mətanət Ulu Şirvanlının yaradıcılığından söhbət açan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmlər doktoru Kamil Bəşirov, filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy yazıçının əsərlərində cəmiyyət üçün aktual mövzulara toxunduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, özünəməxsus yaradıcılıq üslubuna və dəst-xəttə malik Mətanət Ulu Şirvanlının poeziyasındakı axıcılıq həm bəstəkarların, həm də aşıqların diqqətini cəlb edib. Təsadüfi deyil ki, görkəmli bəstəkarlarımız Oqtay Rəcəbov, Tahir Əkbər və başqaları şairənin sözlərinə mahnılar bəstələyiblər.
Sonda görüşün təşkilatçılarına minnətdarlığını bildirən Mətanət Ulu Şirvanlı yeni şeirlərini oxuyub, tələbələrə kitablarını hədiyyə edib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info