İstehlak Mallarının Ekspertizası Mərkəzinin ixraca dair maarifləndirmə tədbirləri başa çatıb
Tarix: 24.12.2016 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi məqsədilə “Malların ixracı proseduru və aparılan mənşə ekspertizaların mahiyyəti” mövzusunda seminar keçirilib. Tədbirdə 50-dən çox sahibkarlıq subyektinin ixrac üzrə səlahiyyətli nümayəndələri iştirak edib. Seminarda malın ixrac proseduru və gömrük güzəştləri barədə ətraflı məlumat verilib, bu sahədə ehtiyac yarandıqda Mərkəzin ekspertlərinə müraciət etmək tövsiyə olunub. Mərkəzi qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasının fəaliyyəti, akkreditasiya sahələri, burada aparılan laborator müayinələr də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, sahibkarlar istehsal etdikləri məhsulların keyfiyyət göstəricilərinin təyin olunması üçün laboratoriyanın imkanlarından istifadə edə bilərlər. Bundan başqa, iştirakçılar mənşə ekspertizası və malın mənşəyini təsdiq edən sənədin 1 gündən gec olmayaraq sahibkara təqdim edilməsi, həmçinin ekspertiza xidmətləri qiymətlərinin qeyri-neft malları üçün 30% aşağı salınması barədə məlumatlandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb. Bununla da, İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən müvafiq mövzuda keçirilmiş silsilə tədbirlər başa çatıb. Ümumilikdə Mərkəz tərəfindən Bakı şəhəri və regionlar üzrə bu mövzuda 7 seminar, İqtisadiyyat Nazirliyinin qurumları ilə birlikdə isə 4 tədbir keçirilib. 2017-ci ildə də belə tədbirlərin keçirilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib
26.09.2018
“Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb”
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info