Heybət stansiyasında 6-cı yeni yoldəyişən quraşdırılır
Tarix: 26.12.2016 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Dəmir yollarının Heybət stansiyasında sayca 6-cı yeni yoldəyişən quraşdırılır
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yeni yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır. Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur. Eyni zamanda cari ilin sentyabr ayından etibarən 5 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri tərəfindən yeni yoldəyişənlərin quraşdırılmasına da başlanılıb.
Yeni yoldəyişən qurğuların yığılması üçün Səngəçal istehsalat bazasının ərazisində xüsusi meydança tikilib. Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90, eni 16 metr təşkil edir. Bu meydancada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır.
Qeyd edək ki, ilk belə yoldəyişən sentyabrın 9-da quraşdırılıb. İndi sayca 6-cı yeni yoldəyişən Heybət stansiyasında quraşdırılır. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.
Köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılırdı və istismar müddətinin az olması həm texniki, həm də maddi baxımdan əlverişli deyildi. Yeni layihədə daha üstün və fərqli bir üsuldan istifadə olunur. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatında uzunömürlülük baxımından dəyişmələrə səbəb olacaq.
Yoldəyişən qurğuların tirlərinin hazırlanması üçün Türkiyə şirkəti tərəfindən Ələt şpal zavodunda yeni sex açılıb. Tirlərin hazırlanmasında istifadə edilən bütün metal hissələr Qazaxıstan Respublikasından gətirilir. Xüsusi ağırlığa malik olan yoldəyişənləri mənzil başına daşımaq üçün Rusiya Federasiyasından yeni quruluşlu platforma-vaqonlar, həmçinin qurğunun qoyulması və sökülməsində istifadə edilən UKS tipli yeni kran alınıb. 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin direktor müavini Şəmsəddin Talıbov bildirdi ki, bu gün Heybət stansiyasında quraşdırılan yoldəyişən məhz həmin kranın vasitəsilə həyata keçirilir. Azərbaycan dəmir yolunda UKS tipli kran ilk dəfə istismar olunur.
Yaxın bir il ərzində dəmir yolunun müxtəlif mənzillərində 100 ədəd belə yoldəyişənin quraşdırılması nəzərdə tutulur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info