Fövqəladə hallar naziri Biləsuvarda vətəndaşları qəbul edib
Tarix: 26.12.2016 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 26-da Biləsuvarda Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl nazir Kəmaləddin Heydərov və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Nazirliyin müvafiq icra strukturu rəhbərlərinin iştirak etdiyi qəbulda Şirvan şəhər, Biləsuvar, Salyan və Neftçala rayon sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bəzi məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!
14.06.2019
Milli Qurtuluş Günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi: avtomobil təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info