Səbaildə bayram tədbiri keçirilib
Tarix: 26.12.2016 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Dənizkənarı Milli Bulvardakı Beynəlxalq Muğam Mərkəzində Səbail Rayon İcra Hakimiyyəti və Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni ilə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilmişdir. Tədbirdə rayon rəhbərliyi, rayondakı idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində təşkil olunmuş furşet mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, 31 Dekabr tarixi Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev hazırda ulu öndərin bu estafetini də uğurla davam etdirir. Hazırda ölkə başçısının gördüyü işlər, həyata keçirilən siyasət Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.  
Eldar Əzizov arxada qalan 2016-cı ildə rayonda görülmüş işlər, gələcəkdə həyata keçiriləcək layihələr barədə məlumat verərək tədbir iştirakçılarını – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibəti ilə təbrik edib.
Beynəlxalq Muğam Mərkəzində təşkil olunan konsert proqramında Azərbaycan bosonovası stilində mahnı və kompozisiyalar səslənmiş, konsertdə Azərbaycanın populyar və tanınmış incəsənət xadimlərindən Xalq artisti Murad Hüseynov və Mənsum İbrahimov, caz kompozisiyalarının ifaçısı Təranə Mahmudova, əməkdar artistlər Sahib Paşazadə, Çinarə Heydərova, populyar artistlər Nisbət Sədrayeva, Hüseyn MəlikovÜmidə Abbasova və başqaları çıxış ediblər.
Tədbirdə Səbail rayon ictimaiyyətinin nümayəndələri adından ölkəmizin Prezidenti İlham Əliyev doğum günü münasibəti ilə təbrik edilib, ona möhkəm cansağlığı, xöşbəxtlik, Azərbaycanımızın tərəqqisi və inkişafı, xoşbəxt gələcəyi naminə göstərdiyi möhtəşəm fəaliyyətində müvəffəqiyyətlər arzulanıb.

Nigar







 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info