Olimpiya Oyunları Komissiyası Bakıda iclas keçirib
Tarix: 05.04.2013 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


Bakıda Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının növbəti iclası keçirilib. Hər il mütəmadi görüşən AOK Olimpiya Oyunları Komissiyasının üzvləri müxtəlif Olimpiya Oyunları haqqında hesabatları müzakirə etməklə yanaşı, Avropa ölkələrinin Milli Olimpiya Komitələrinə fərqli istiqamətlərdə tövsiyələrlə çıxış edirlər.
Olimpiya Oyunları Komissiyasının Bakı yığıncağının əsas müzakirə mövzusu ötən il London şəhərində keçirilmiş XXX Yay Olimpiya Oyunları haqqında Komissiyanın işçi heyətinin aparmış olduğu tədqiqat, Avropanın Milli Olimpiya Komitələrinin London 2012-də qazanmış olduqları nailiyyətlər və qarşıda duran vəzifələr olub.
London 2012 Yay Olimpiya Oyunlarının təşkilatçılığının keçirilmə səviyyəsi müzakirə olunduqdan sonra, Komissiya üzvləri Avropa Olimpiya Komitəsinin ümumi nailiyyətləri ilə dünya göstəriciləri arasında müqayisəli təhlil aparıblar.
Günün ikinci yarısı isə «Bakı-2015 Avropa Oyunlarının» təşkili ilə əlaqədar olaraq, Olimpiya Komissiyası üzvləri Oyunların keçirilməsi üçün nəzərdə tutulmuş idman obyektlərinə səfər ediblər.
Qeyd etmək lazımdır ki, 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Romada keçirilən iclasında 2015-ci il Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilib.
Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının tərkibi Azərbaycanla yanaşı, Böyük Britaniya, Danimarka, Finlandiya, İspaniya, İsrail, İsveç, Türkiyə və s. ölkələrin Milli Olimpiya Komitələrini təmsil edən yüksək vəzifəli şəxslərdən ibarətdir.
Qeyd edək ki, Azərbaycan Olimpiya Oyunları Komissiyasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə tərəfindən təmsil olunur.
ANAR




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info