Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə 6,4 milyon dəfə müraciət olunub
Tarix: 26.12.2016 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Cari ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə 1 milyon 925 min 253 dəfə müraciət edilib ki, bu da ötən ilin eyni dövrü ilə 5,3 faiz çoxdur.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sistemdə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsinin müvafiq bildiriş formasında qeydiyyatdan keçirilməsi “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə yerinə yetirilir. Həmin e-xidmətdən istifadə sayında artım dinamikası cari ildə də davam edib. Belə ki, bu ilin 11 ayında “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə ötən ilin müvafiq dövrünə nisbətən 33,7 faiz çox, yəni 1 759 188 dəfə müraciət edilib.
Yaxud ötən ay bu e-xidmətdən istifadə sayı cari ilin sentyabr ayı ilə müqayisədə 34,1 faiz, oktyabr ayı ilə müqayisədə isə 18,1 faiz çoxalaraq 190 090- a çatıb.
Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi işçilərə onlarla bağlı əmək müqaviləsi bildirişləri barədə məlumatların real vaxt rejimində əldə edilməsi imkanı da verir. Bu məqsədlə fəaliyyət göstərən “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti «Elektron hökumət» portalında ən çox müraciət olunan e-xidmətlər sırasındadır. Cari ilin 11 ayında vətəndaşlar həmin e-xidmətdən 166 065 dəfə faydalanıblar.
Ölkəmizdə əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin tətbiqinə 2014-cü ilin iyul ayından başlanılıb və cari ilin 01 dekabr tarixinə qədər əhali bu sistemdən 6,4 milyon dəfə istifadə edib.


Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info