“Narkomanlığa yox deyək!”
Tarix: 05.04.2013 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası “Siyasi maarifçilik” İctimai Birliyi ilə birgə rayonun Bibiheybət qəsəbəsindəki 50 saylı, Badamdar qəsəbəsindəki 236 saylı, 20-ci sahədəki 51 və 162 saylı, Bayıl yaşayış sahəsindəki 203 saylı orta məktəblərdə “Narkomanlığa yox deyək” mövzusunda silsilə tədbirlər keçirilib.
Tədbirləri giriş sözü ilə “Siyasi maarifçilik” İctimai Birliyinin sədri Mehman İsmayılov açaraq, müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə məlumat verib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının üzvləri ilə yanaşı, Səbail Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili və Narkotiklərlə Mübarizə Bölmələrinin nümayəndələri mövzu ilə bağlı çıxışlar edib, şagirdləri maraqlandıran çoxsaylı sualları cavablandırıb, narkomaniyanın fəsadları ilə bağlı məlumatlar verilib.
Tədbirlərdə rayondakı yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verilib, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışılıb, uşaqlara narkomanlığa qarşı mübarizə ilə bağlı bukletlər paylanılıb. Rayonda narkomaniyanın fəsadları və zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində yeniyetmə və gənclərin maarifləndirilməsi tədbirləri bütün il ərzində davam etdiriləcək.
NIGAR




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info