AMOR Rusiyadakı aviaqəza səbəbindən bayram tədbirinin vaxtını dəyişib
Tarix: 26.12.2016 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar bu gün keçirilməsi planlaşdırılan bayram tədbirinin vaxtını dəyişib.
 
AMOR-un İdarə Heyətinin üzvü Emin Hacıyevin verdiyi məlumata görə, tədbirin vaxtının dəyişdirilməsinə səbəb Qara dənizdə Tu-154 təyyarəsinin qəzaya uğraması nəticəsində 92 nəfərin ölümü ilə bağlı Rusiya ərazisində matəm günü elan olunmasıdır: "Biz də təşkilat olaraq bu günə planlaşdırılan bayram tədbirinin vaxtını faciəvi qəzada həlak olanların xatirəsinə hörmət əlaməti olaraq dəyişdik. Tədbir sabah keçiriləcək".
 
Qeyd edək ki, dekabrın 25-də Soçi şəhərindən Suriyadakı Hmeymim aviabazasına uçan Rusiya MN-nin Tu-154 təyyarəsi havaya qalxandan bir neçə dəqiqə sonra radarlardan itib. Təyyarənin qalıqları Soçidən 1,5 km aralıda Qara dənizdə tapılıb. Qəza nəticəsində təyyarədə olan 92 nəfər ölüb. Ölənlərin əksəriyyəti Rusiya Müdafiə Nazirliyinin Aleksandrovski xor ansamblının üzvləri olub.  
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info