Moldova Prezident Administrasiyasının binasından Avropa İttifaqının bayrağı çıxarılıb
Tarix: 26.12.2016 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Moldova Prezident Administrasiyasının binası üzərindən Avropa İttifaqının bayrağı çıxarılıb, prezidentin saytındakı rumın dili bölməsi isə moldovan dili ilə əvəzlənib.
“RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə yeni seçilmiş prezident, sosialistlərin lideri İqor Dodon göstəriş verib. 
Prezident Administrasiyasından bildiriblər ki, prezident ölkə Konstitusiyasına hörmət edir və hamını analoji addım atmağa çağırır. Bununla belə, hökumət və parlament binalarının üzərində Aİ bayrağı dalğalanmağa davam edir.  
Keçən həftə səlahiyyətlərinin icrasına başlayan İ. Dodon Rusiya ilə strateji tərəfdaşlığı bərpa etmək, Moldova istehsalı olan məhsulları Rusiya bazarına qaytarmaq və energetika sahəsində bu ölkə ilə əməkdaşlığı normallaşdırmaq niyyətindədir.  
Qeyd edək ki, Moldova Konstitusiyasında dövlət dilinin latın qrafikası əsasında moldovan dili olduğu bildirilir. Lakin 2013-cü ilin dekabrında Konstitusiya Məhkəməsi dövlət dilinin rumın dili adlandırılması barədə qərar qəbul edib. Məhkəmənin qənaətinə görə, dövlət dilinin rumın dili adlandırıldığı Müstəqillik Bəyannaməsi Konstitusiyadan üstündür.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir
20.02.2019
Rusiya Prezidenti Federal Məclisə müraciətini təqdim edib
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info