“Azərbaycan ərazisinin 20 faizindən çoxu Ermənistan tərəfindən işğal edilib”
Tarix: 27.12.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Ruben Selles: “Ağdamın işğal olunması nəticəsində "Qarabağ"ın stadionu dağıdılıb”

“Qarabağ" yeganə komandadır ki, öz doğma stadionunda 20 ildən artıqdır oynamır. Komandanın təmsil etdiyi Ağdam 1993-cü ildə işğal olunandan sonra qaçqın status alıb”.
Bu fikirləri "Qarabağ"ın ispaniyalı məşqçisi Ruben Selles ölkəsinin mətbuatına açıqlamasında bildirib. 33 yaşlı mütəxəssisin fikrincə, azərbaycanlılar Ermənistanla Dağlıq Qarabağ münaqişəsinə görə doğma münasibət göstərdiyi, Avropaya göstərmək üçün yaxşı bir vasitə olan "Qarabağ"a xüsusi klub kimi baxır: "Azərbaycanın ərazisinin 20 faizdən çoxu Ermənistan tərəfdən işğal edilib. 1 milyondan çox insan qaçqın, köçkün olub. Ağdamın işğal olunması nəticəsində "Qarabağ"ın stadionu dağıdılıb. Komandanın məşqçisi Allahverdi Bağırov Qarabağın müdafiəsi uğrunda müharibədə Azərbaycan ordusunda komandir olub. O, klubdan gedərək Ağdam uğrunda döyüşüb və həlak olub. Bağırov Milli Qəhrəmandır. Klub hər il onu yad edir, xctirəsinə stadionda banner asılır. "Qarabağ"ın prezidenti Tahir Gözəl atası ilə birgə "Azərsun" şirkətinin yaradıcılarıdır. Kluba 2001-ci ildən himayədarlıq edirlər. Onlar bütün Avropaya, dünyaya Qarabağ həqiqətlərini göstərməyə, bu torpaqların Azərbaycana məxsus olduğunu nümayiş etdirmək üçün çalışırlar. "Qarabağ"ın son 3 ildə çempion olmasının əsas memarı baş məşqçisi Qurban Qurbanovdur".
Selles "Qarabağ"ın oynayan həmyerliləri haqda da danışıb: "Komandamızda iki ispaniyalı futbolçu var. Bunlardan biri Xixon "Sportinq"i ilə "Xetafe"nin sabiq futbolçusu Miger Maderadır. Digər yarımmüdafiəçi isə Dani Kintanadır. O, komandada ən yaxşılardan biridir, Avropa Liqasında Pol Poqbanı qabaqlayıb. Ötən mövsüm isə Azərbaycan Premyer Liqasının bombardiri olub. "Qarabağ"da qaçqın ailələrin övladları da oynayır. Kapitan Rəşad Sadıqov kimi. Komandada Qarabağ müharibəsində həlak olanların övladları da çıxış edir. Döyüşlər Bakıdan uzaqda olur. Ancaq insanların həyatında özünü çox göstərir”. Selles Azərbaycanın ərazilərinin qaytarılmasında sülh yolunun tərəfdar olduğunu vurğulayıb: "Klubun bu mövqeyini ortaya qoymasını qeyd etmək çox vacibdir. Azərbaycan işğal olunmuş torpaqlarının geri qaytarılması üçün danışıqların aparılmasına üstünlük verir". Qeyd edək ki, yarım ildir "Qarabağ"da çalışan, fiziki hazırlıq üzrə məşqçi olan Selles daha öncə "Neftçi"də bu vəzifədə işləyib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info