“Tramp Obamanın fərmanlarını ləğv edəcək”
Tarix: 27.12.2016 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


Tayvanla əməkdaşlığın təmin edilməsi ilə bağlı maddənin gələn ilin hərbu büdcəsinə daxil edilməsi Pekində narazılığa səbəb olub

Çinlə ABŞ arasında siyasi vəziyyət gərginləşməyə başlayıb. Prezident Barak Obamanın ölkənin 2017-ci il üçün hərbi büdcəsi ilə bağlı imzaladığı sənəddə Tayvanla əməkdaşlığın təmin edilməsi ilə bağlı maddə də yer alıb. Rəsmi Pekin buna qəti etira edib.
Bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Huya Çunyin bildirib. "Biz ABŞ-ın hərbi büdcə qanununun müvafiq məzmununa qarşıyıq və artıq qarşı tərəfə öz narazılığımızı bildirmişik”-deyə Çinin XİN nümayəndəsi bildirib. Tayvan məsələsinin Çinin suverenlik və ərazi bütövlüyünə aid olduğunu bildirən siyasətçi xanım qeyd edib ki, imzalanmış sənədin Tayvanla bağlı maddəsi heç bir hüquqi qüvvəyə malik deyil: “Unutmaq lazım deyil ki, Çinin daxili işlərinə müdaxilə ABŞ-ın öhdəlikləri pozması kimi qəbul edilir. Biz Amerika tərəfini öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməyə, ABŞ-Çin əlaqalərinə xələl gəlməməsi üçün Tayvanla hərbi əlaqələr qurmaq və onu silahla təmin etməkdən vaz keçməyə çağırırıq”. Qeyd edək ki, dekabrın əvvəllərində Tayvan rəhbəri Çay İnvenlə telefon əlaqəsi quran ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bu jesti ilə Pekini qıcıqlandırmışdı. Həmin vaxt Tramp bir qədər də irəli gedərək ABŞ-ın niyə görə “vahid Çin” siyasətinə əməl etməli oduğunu başa düşmədiyini bəyan etmişdi. Ötən həftə isə Çinin xarici işlər naziri Van İ ölkəsinin Amerika Birləşmiş Ştatları ilə əlaqələrində "bəzi yeni çağırışlar"ın ola biləcəyini istisna etməyib. Obamanın siyasətini kəskin tənqid edən Trampın Çinlə məsələdə siyasəti dəyişməyəcəyi proqnoşlaşdırılır. Hərçənd, Trampın köməkçisi, konqresin keçmiş spikeri olmuş Nyut Qinqriç bildirib ki, yeni prezident Tramp Obama tərəfindən imzalanmış fərmanların təxminən 70 faizinin ləğv edəcək. Onun sözlərinə görə, bu cür tədbirləri “ağıllı hüquqşünaslar kiçik hüquqi qeydiyyat” hesabına həyata keçirəcəklər. Qinqriç obyektiv səbəblərdən həyata keçirilməmiş sərəncamların da yeni prezident tərəfindən ləğv ediləcəyinə inandığını bildirib. Xatırladaq ki, hələ seçki ərəfəsində Tramp dəfələrlə bəyan etmişdi ki, Obamanın qəbul etdiyi qərarları yenidən nəzərdən keçirəcək. O, əsasən səhiyyə islahatı, karbohidrogen yataqlardan istifadəyə qoyulan qadağaları ləğv edəjəyi barədə vədlər vermişdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info