Yemək və mədəniyyət turizmini cəlbedici hala gətirməliyik
Tarix: 27.12.2016 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, 2030-cu ildə reallaşması nəzərdə tutulan beynəlxalq səyahətlərin sayı 1,8 milyard olacaq. UNWTO-ya görə, dünyada reallaşan ölkədaxili səyahətlərin sayı hazırda 5-6 milyard təşkil edir. Daxili turizm bazarında 10 il əvvəl 60 faizə çatan günəş - dəniz-qum tətili tələbləri indi 40 faizə qədər geriləyib, mədəniyyət turları başda olmaq üzrə, termal, idman və macəra turları, həftəsonu şəhər və təbiət gəzintilərində əhəmiyyətli artımlar olub. Turizmin yaratdığı iqtisadi artım və sektorun böyümə potensialı, təbii olaraq özü ilə bərabər, bazardakı rəqiblərinin artmasına imkan yaradıb ki, nəticədə bu sektorda sıx bir rəqabət baş verməkdədir.

Səyahət edən insanların 40 faizi təbiət və mədəniyyət əsaslı turlara qatılmağı seçir
İstehlakçıların həm zaman, həm də gəlir baxımından məhdud imkanlara sahib olması da rəqabəti artıran əsas səbəblərdən biridir. Texnologiya və nəqliyyat imkanlarındakı artım dünyanın fərqli nöqtələrindəki destinasiyaları artıq daha çox əldə etmək imkanı yaradır. İstehlakçının seçim imkanları da xüsusilə destinasiya əsaslı rəqabəti ciddi mənada qızışdırır. Bununla yanaşı, son illərdə “Turizmdə markalaşma `` və `` destinasiya marketinqi `` kimi terminlərlə daha tez-tez qarşılaşırlar. Dünyada turizm sektoru ildə 4-7 faiz böyüyərkən, təbiət və macəra turizmi illik 20-30 faiz artım göstərməkdədir. UNWTO tərəfindən açıqlanan məlumatlara görə, təbiət mənşəli turizm fəaliyyətinin 2014-cü ilin sonunda çatdığı rəqəm 400 milyard dollar olub. Bunların içində yalnız macəra turizmi seqmentinin 2014-cü ilin bazar həcmi 263 milyard dollar təşkil edib. BMT Ətraf Mühit Proqramı (UNEP) tərəfindən nəşr olunan "Ortaq Gələcəyimiz" adlı hesabata görə, istehlakçıların üçdə biri ətraf mühitə həssas tətillər üçün 2 faiz ilə 40 faiz arasında daha çox ödəniş etməyə könüllü olduqları vurğulanıb.
Səyahət edən insanların 98 faizi özünü ətraf mühitə həssas hesab edir. Bu da 1 milyarddan çox adamı əhatə edir. Səyahət edən insanların 79 faizi ətraf mühitə həssas obyektlərdə yerləşmək istəyir ki, bu da 850 milyondan çox adamı əhatə edir. Həmçinin səyahət edən insanların 40 faizi təbiət və mədəniyyət əsaslı turlara qatılmağı seçir ki, onların sayı 450 milyondan çoxdur. Səyahət edən insanların 20 faizi milli parkları ziyarət etmək istəyir, bu da 200 milyondan çox adamı əhatə edir. İş səyahətlərinin 47 faizi yaşıl sertifikatlı obyektləri seçirlər, bu da 500 milyondan çox adam deməkdir.

Qastronomik turizm
Mərkəzi İspaniyanın Madrid şəhərində yerləşən BMT Dünya Turizm Təşkilatı tərəfindən 8-9 may 2017-ci il tarixində San Sebastiyanda qastronomik turizmlə bağlı 3-cü Dünya Turizm Forumu təşkil ediləcək. Yemək və mədəniyyət arasındakı əlaqənin səyahətçilər üçün əhəmiyyətli bir motivasiya vasitəsi halına gəldiyini ifadə edən UNWTO baş katibi Taleb Rifai, "yemək və mədəniyyət, eyni zamanda davamlı turizmin böyük bir katalizatoru oldu. Çünki qastronomik turizmi, destinasiyalara malik olduqları orijinal xüsusiyyətlərini ortaya çıxarmaq fürsəti təqdim edir", deyib.
İspaniyanın turizm katibi Matilde Pastora Asian Qonzalez isə qastronomik turizminin potensialına diqqət çəkərək bunları söyləyib: "Xüsusilə də yaşıl bölgələrə artan maraq, İspaniyanın turizm təqdimat strategiyası üçün prioritet daşıyır. 2015-ci ildə ölkəmizə gələn turistlərin 12,3 faizi- 8,4 milyon nəfər qastronomik turizmi üçün tədbirlərə qatılıb”. Tədbirdə davamlı məhsul inkişaf etdirmək, müvəffəqiyyətli dövlət siyasətinin qastronomik turizminə faydaları da müzakirə ediləcək. Forumda, həmçinin UNWTO mütəxəssislərinin hazırlayacağı “Qastronomik Turizmin Qlobal Hesabatın”ın ikinci cildi də təqdim olunacaq.
Mütəxəssislər Avropada yemək və şərab səyahətlərinə marağın artdığını və ildə 600 minlik bir potensialla ikinci sırada yer aldığını deyirlər. Turizm mütəxəssisləri, bu seqmentin illik ortalama böyüməsinin 5 ilə 12 arasında dəyişəcəyini təxmin edir. İndiki vaxtda Portuqaliyada şərab sektoru, hələ də kənd təsərrüfatı sektorunda ümumi istehsalın təxminən 17 faizini təmsil edir.

Turizm sektorunda dörd əsas hədəf
müəyyənləşdirilib

Son illərin statistik göstəricilərinə görə, turizm Azərbaycanda daim inkişaf edən sektorlardan biridir. Belə ki, son 5 ildə Azərbaycanda turizm sektorunda xidmət göstərən sahibkarlıq subyektlərinin və turizm məqsədilə gələn xarici ölkə vətəndaşlarının sayında müvafiq olaraq 4,5 və 8,5 faiz ortaillik sabit artım müşahidə edilib. Bugünlərdə ölkə başçısının fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də bu sektorda mövcud vəziyyət, inkişaf istiqamətləri və s. öz əksini tapıb. Strateji Yol Xəritəsində göstərilir ki, bu sektor üzrə uzunmüddətli perspektivə nail olmaq məqsədilə 2020-ci ilədək olan dövr üçün ölkə üzrə turizm sektorunda dörd əsas hədəf müəyyənləşdirilib. Statistik göstəricilərə əsasən, 2015-ci ildə turizm sektorunun dünya ÜDM-ində ümumi payı 9,8 faiz, məşğulluğunda isə 9,5 faiz olub. Azərbaycanın bir çox turizm növləri üzrə potensialı var və həmin potensialın reallaşdırılması üçün dövlətin, eləcə də özəl sektorun davamlı dəstəyi vacib faktorlardandır. Burada müxtəlif turizm növlərinin, o cümlədən mədəniyyət turizminin inkişaf perspektivləri də yer alıb. Qeyd etdiyimiz kimi, 2017-ci ildə turistlər üçün qastronomik turizm əsas turizm növlərindən biri kimi götürülür. Ölkəmizdə bu turizm növünün inkişafı, eləcə də turistlərə təqdimatı üçün kifayət qədər imkanlar var. Strateji Yol Xəritəsindən irəli gələrək turizm sektorunun inkişafı istiqamətində bütün tədbirlərin həyata keçirilməsi qarşıda duran əsas məsələlərdəndir. Məhz bu turizm növünü nəzərə alsaq ölkəmizə kifayət qədər turist cəlb edə bilərik.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib
22.02.2019
“KOB Dostu” artıq Abşeronda
22.02.2019
Bu il ilk dəfə Beyləqanda innovativ texnologiya ilə pambıq becəriləcək
22.02.2019
Lənkəranda güzəştli kreditlərdən istifadə edilməklə sitrus bağçılıq təsərrüfatları yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info