Polşa XİN: “Azərbaycan Polşa üçün Cənubi Qafqazda çox mühüm tərəfdaşdır”
Tarix: 27.12.2016 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Polşa Azərbaycanla bütün sahələrdə ikitərəfli əlaqələrin intensivləşdirilməsində maraqlıdır, çünki Azərbaycan Polşa üçün Cənubi Qafqazda çox mühüm tərəfdaşdır. 
 
Bu barədə Polşa Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
 
Qeyd olunub ki, Polşa Avropa ilə Çini birləşdirən yolda yerləşən Azərbaycanda böyük nəqliyyat və sənaye mərkəzlərinin yaradılmasında maraqlıdır: “Polşa ilə Azərbaycan arasında əməkdaşlıq Xəzər dənizi komponenti də daxil olmaqla, ABC-yəni Adriatik, Baltik və Qara dəniz əməkdaşlıq konsepsiyasına uyğundur. Polşa Avropaya qaz təminatı resurslarının diversifikasiyasının artırılmasına təkan verəcək Cənub Qaz dəhlizi layihəsini dəstəkləyir. Biz həmçinin TAP və TANAP layihələrinin həyata keçirilməsi də daxil olmaqla, bu istiqamətdə işlərin aparılmasında maraqlıyıq. Polşa Xəzər regionundan qaz almaq imkanından yararlanmaqda maraqlıdır. Bizim region çox böyük idxal potensialına və inkişaf etməkdə olan qaz bazarına malikdir". 
 
Polşa XİN-dən həmçinin bildiriblər ki, iki ölkə arasındakı  əməkdaşlığın prioritet sahələri kənd  təsərrüfatının inkişafı, ətraf mühitin qorunması və məcburi köçkünlərə dəstəkdir.

 
Nazirlikdən gələn il Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovun Polşaya, Polşanın xarici işlər naziri Vitold Vaşikovskinin isə Azərbaycana səfərinin nəzərdə tutulduğu də bildirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.08.2019
Prezident Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16.08.2019
“Sosial şəbəkə müxalifəti”: AXCP-ReAl “savaş”ı yeni müstəvidə
16.08.2019
Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
15.08.2019
“Söyüş və iaşə müxalifəti” şübhəli mənbələrdən maliyyələşir
15.08.2019
Azərbaycan komandası “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info