DAA İş adamları Koordinasiya Şurası yaradılıb
Tarix: 27.12.2016 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycanlıları İş adamları Koordinasiya Şurası yaradılıb. Şuranın yaradılmasında məqsəd dünyada fəaliyyət göstərən iş adamları arasında koordinasiya sisteminin təşkili, şirkətlərarası şəbəkələşmə işinin təşkili, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən iş adamlarının Azərbaycana investiyasiya qoyuluşuna cəlb etmək, iş adamlarının birgə yatırım təşəbbüslərinə həvəsləndirmək, eyni zamanda “Made in Azerbaijan” brendinin dünyaya çıxışına dəstək olmaqla yanaşı , təbliğ etməkdir. Şuraya rəhbərlik Vəfa Muradzadəyə həvalə edilmişdir. Digər bir qərarla Şuranın sədr müavini postuna Günel Məmmədhəsənova rəhbərlik edəcəkdir. Qeyd edək ki, Vəfa Muradzadə 19.07.1968 Bakı şəhərində dünyaya gəlmişdir. Bakı Dövlət Universiteti Riyaziyyat fakültəsi , daha sonra isə BDU hüquq fakültəsini bitirmişdir. Sabir adına Pedaqoji Texnikomda müəllimə işləmiş, daha sonra özəl hüquq şirkətində vəkil olaraq iş həyatına davam etmişdir. 2006-cı ildən Vəfa – EK şirkətinin nəzdində Vəfə Tekstil olaraq istehsal fəaliyyətinə başlamış, ev tekstili məhsulları, işçi geyimləri, məktəbli geyimlərinin istehsalı ilə məşğul olmuşdur. 2015-ci ildə Vəfa Collection Show Room-nu təsis etmiş , istehsal sektorunda populuyarlıq qazanmışdır. Vəfa Collection 12 ölkə ilə əməkdaşlıq edir və “Made in Azerbaijan” brendi ilə dünya bazarına çıxır. Hazırda Sahibkarlar Konfedrasiyasının üzvü, Azərbaycan Türkiyə İş adamları Birliyinin üzvü , Respublika Qadınlar Cəmiyyətinin üzvüdür. Bir övladı var. Şurada sədr müavini görəvini daşıyacaq Günel Məmmədhəsənova 15.09.1985 – ci ildə Tovuz rayonunda dünyaya gəlmişdir. Azərbaycan Dillər Universitetinin filologiya fakültəsini bitirmiş, Bakı şəhəri 179 nömrəli orta məktəbdə müəllimə, daha sonra “Tovuz Baltiya MMC” – də icraçı direktor, “Azəri – France” şirkətində isə baş direktor olaraq iş fəaliyyətinə davam etmişdir. Günel Məmmədhəsənova eyni zamanda 2015-ci ildə Fransada yaradılmış olan Azərbaycanın Dostları Təşkilatının da üzvüdür. 2013-cü ildən Yeni Azərbaycan Partiyasının fəal üzvüdür. Ailəlidir. Xatırladaq ki, Günel Məmmədhəsənovanın rəhbərlik etdiyi “Tovuz Baltiya” və “Azəri – Frans” müxtəlif ölkələrə “Made in Azerbaijan” brendi ilə çıxan yüksək keyfiyyətli şərabları ilə tanınır.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info