“Bakıda yaşayan 57 min məcburi köçkün ailəsinin köçürülməsinə başlanılıb”
Tarix: 06.04.2013 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


“Ötən il Azərbaycanda məcburi köçkünlər üçün 4 min yeni mənzil tikilib və 20 minə yaxın məcburi köçkün yeni mənzillərə köçürülüb”. Bu barədə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün 1440 yerlik, Masazırda isə 760 mənzildən ibarət yüksək keyfiyyətlə tikilmiş qəsəbələrin açılışı olub. Ə.Həsənov deyib ki, bu il də məcburi köçkünlər üçün 4 minə qədər mənzilin tikilməsi nəzərdə tutulur: “Gəncə, Bərdə, İmişli, Balakən, Qəbələ və İsmayıllı rayonlarında məcburi köçkünlər üçün binalar tikiləcək. Lökbatandakı Ümid qəsəbəsi də yenilənəcək. Bu il 20 minə yaxın məcburi köçkün yeni mənzillərə köçürüləcək”. Komitə sədrinin sözlərinə görə, uzun müddətdən sonra Bakı şəhərindəki yataqxanalardan məcburi köçkünlərin köçürülməsi prosesinə başlanılıb: “Bakı Dövlət Universitetinin yataqxanaları köçürüldükdən sonra 9-cu mikrorayonda yarımçıq tikililərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsinə başlanacaq. Bu obyektlərin köçürülməsi üçün vəsait çatmadığından ölkə prezidentinə müraciət elədik. 14 milyon manat əlavə vəsait ayrıldı. Bu vəsait hesabına Müşfiqabadda 3 yeni hündürmərtəbəli bina tikiləcək və həmin yarımçıq binada məskunlaşanlar tam şəkildə bu qəsəbəyə köçürüləcək. Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarında yaşayan məcburi köçkünlər isə Masazır qəsəbəsində tikilmiş evlərə köçürüləcək. Bakıda 57 min məcburi köçkün ailəsi yaşayır. Onların köçürülməsi prosesi artıq başlayıb və proses davam edəcək”. Əli Həsənov son günlər Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarından köçürülmə ilə əlaqədar mətbuatda yazılan qərəzli yazılara münasibət bildirib. O qeyd edib ki, bu, Azərbaycanı, onun xalqını istəməyənlərin ölkəyə qarşı ədalətsiz addımıdır: “Axı görülən işləri bu dərəcədə necə təhrif etmək olar? Bir neçə ailə mənzil almaq üçün bu yaxınlarda BDU-nun yataqxanasına qeydiyyata düşüb. Hətta ayrı-ayrı mənzil almaq üçün 2-3 ay bundan əvvəl boşananlar da var. Biz bunlara göz yummalıyıq? Bu, mümkün deyil. Çünki bu qəsəbələr yataqxanadakı məcburi köçkünlərin sayına uyğun hesablanıb. Biz məcburi köçkünlərə izah etmişik ki, 20 il ərzində ailə içində əmələ gəlmiş ailələr hamısı köçürüləcək. Amma başqa yollarla mənzil almaq mümkün deyil. Müxalifət mətbuatı bu məqamlardan istifadə edib çox qərəzli yazılar yazır. Əsassız yazılarla ləkə götürməyən yerə ləkə salmaq qeyri-mümkündür”.
GÜNAY




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info