Ermənistanda vəzifəli şəxslərlə bağlı korrupsiya qalmaqalı
Tarix: 27.12.2016 | Saat: 19:12:00 | E-mail | Çapa göndər



Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyinin Tibbi və Sosial Ekspertiza Agentliyinin rəhbəri və şöbə müdiri rüşvət almaq ittihamı ilə saxlanılıb.   
 
“News.am” saytının verdiyi xəbərə görə, əməliyyatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirib.
 
Xidmətdən bildiriblər ki, dövlət agentliyində uzun müddət fəaliyyət göstərən korrupsiya sxemi mövcud olub. Qurumdakı səlahiyyətli şəxslər aldıqları rüşvəti daha yüksək rütbəli məmurlara ötürüb. Belə ki, təkrar ekspertiza üzrə yerli komissiyalar vətəndaşlara əlillik dərəcəsi vermək üçün bunun müqabilində onlardan 20-40 min dram məbləğində (75-150 manat) rüşvət tələb edirmiş. Alınan rüşvət komissiya üzvləri arasında bölüşdürülüb, bir hissəsi isə agentliyin rəhbərliyinə göndərilib. Agentlik rəhbərinin kabinetində aparılan axtarış zamanı 2.547 000 dram və 600 dollar pul aşkarlanıb.

Müəyyən edilib ki, korrupsiya sxeminə 9 vilayət və 2 paytaxt komissiyalarının sədrləri, agentliyin təkrar ekspertiza şöbəsinin müdiri daxil olub.  
 
Fakt üzrə bir qrup şəxsin qabaqcadan əlbir olaraq rüşvət alması maddəsi ilə cinayət işi açılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
İranın Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlimlərə başlayıb
21.02.2019
Paşinyan yeni müxalifət formalaşdırmaq istəyir
21.02.2019
Türkiyə Ermənistanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirir
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info