“Atletlər kəndində 6000-ə yaxın insan qalacaq”
Tarix: 27.12.2016 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Bu gün gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin yekunu ilə bağlı mətbuat konfransı keçirib. Apasport.az saytı xəbər verir ki, nazir yığıncaqda gələn il ölkəmizdə təşkil ediləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıq barədə məlumat verib.
 
O bildirib ki, Əməliyyat Komitəsinin işləri qaydasında gedir və heç bir gecikmə olmayacaq: “Burda 500-dək Azərbaycan gənci, 60 nəfər xarici vətəndaş çalışır. Əsas məsələlər nəqliyyat işini həll etmək, idman qurğularının ətrafında hasarların tikilməsi, strukturun yaradılmasıdı. Açılış və bağlanış mərasimi də bu sıradadı. Heç bir gecikmə yoxdu və vaxtında açılış mərasiminə hazır olacağıq”.
 
Nazir bildirib ki, İslamiadada 4000-ə yaxın idmançı iştirak edəcək: “Onlarla birgə 2000 texniki işçi də gələcək. Atletlər kəndində 6000-ə yaxın insan qalacaq. Ardınca bu binalar sahibkarlara qaytarılacaq və satışa çıxarılacaq. Oyunların keçirilməsi üçün 100 milyon dollara yaxın məbləğ nəzərdə tutulub. Onun 60 milyonu bu il üçün idi. Məbləğin əsas hissəsi açılış və bağlanışa gedir”.
 
Rəhimov Azərbaycan Ağırlıqqaldırma Federasiyasında hansısa dəyişikliyin olmayacağını deyib. Onun sözlərinə görə, Azər Əliyevin federasiyaya rəhbər təyin edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “O, orda vitse-prezidentdi. Həmçinin, ağırlıqqaldırma federasiyasında məşqlər edir. Bir qədər öncə isə Milli Olimpiya Komitəsində baş katibin müavini təyin edilib”.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
“Korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb”
15.01.2019
“Azərbaycanda sosial ticarət, e-ticarətin bir addım önündə“
15.01.2019
“Bakcell” sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15.01.2019
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
15.01.2019
Ağsuda MİGAZ-la bağlı maarifləndirici seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info