“Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının təqdimatı olub
Tarix: 27.12.2016 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Dekabrın 26-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) hüquq elmləri doktoru Şirxan Adıgözəlovun “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kitabının təqdimat mərasimi keçirilib.
BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Milli Məclisin deputatların, BBMM-in əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi görüşdə çıxış edən mərkəzin icraçı direktoru Azad Məmmədov kitabı “Multikulturalizm ili”nin dəyərli nəşri kimi səciyyələndirib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM -nin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin salamını tədbir iştirakçılarına çatdıran müşavirliyin baş məsləhətçisi Etibar Nəcəfov BBMM-in hazırda ölkənin 40, dünyanın 15 universitetində həyata keçirdiyi tədris layihəsindən danışıb. Sözügedən nəşrin gələcəkdə tədris prosesində qiymətli əyani vəsait kimi istifadə ediləcəyini vurğulayıb.
Milli Məclisin deputatı, professor Elman Nəsirov kitabda multikulturalizm fenomeninə beynəlxalq təcrübə və Azərbaycan reallıqları prizmasından yanaşıldığını bildirərək deyib: “Müəllif faktlar və arqumentlərə söykənərək multikulturalizmin Azərbaycan modelinin mahiyyətini, məzmununu göstərib. Məhz ulu öndər Heydər Əliyevin ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirib. “Azərbaycan əhalisinin çoxminli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”, - deyən Ulu Öndər bütün sonrakı fəaliyyətini bu sərvətin əbədi olmasına yönəltdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ölkəmizin multikultural dəyərlərin inkişafına və möhkəmləndirməsinə verdiyi önəmin göstəricisidir. “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” nəşrini də xalqımızın multikultural ruhunu özündə yazılı şəkildə yaşadan nəşr kimi qiymətləndirə bilərik”.
Əsrlərdir Azərbaycanda müxtəlif etnik qrupların və fərqli etiqada malik insanların yanaşı yaşadığını bildirən Milli Məclisin deputatı Mahir Abbaszadə qeyd edib ki, bundan sonra da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bundan sonra da bu dinc, qardaşcasına birgəyaşamın əsrlərlə davam edəcəyinə əminliyini ifadə edib.
Qırğızıstanın Azərbaycandakı səfiri Ayciğit Buranov, Giresun Universitetinin keçmiş rektoru, Azərbaycanşünas alim, professor Aygün Attar Azərbaycandakı yaşadığı müddətdə bu ölkədə dünyada bənzəri olmayan unikal multikultural modelin və tolerant yanaşı yaşamanın əyani şahidi olduğunu vurğulayıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, professorlar Sakit Hüseynov, Musa Quluzadə kitabla bağlı fikirlərinin bölüşüblər.
Müzakirələr zamanı kitabın bölümləri-“Multikulturalizm siyasəti və beynəlxalq təcrübə”, “Multikulturalizmin alternativi: islamafobiya” və “Multiulturalizm Azərbaycanda dövlət siyasəti və ictimai sifarişdir” xüsusi maraqla qarşılanıb.
 
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info