“Azərbaycan diqqət mərkəzindədir -Dünya İqtisadi Forumu Bakıda keçiriləcək”
Tarix: 06.04.2013 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


ABŞ-da çıxan “The Herald” qəzetində “Azərbaycan diqqət mərkəzindədir - Dünya İqtisadi Forumu Bakıda keçiriləcək” sərlövhəli məqalə dərc edilib. Nəşrin yazdığına görə, ölkə hökumətlərinin yüksək vəzifəli şəxsləri, beynəlxalq şirkətlərin və vətəndaş cəmiyyətlərinin başçıları, ümumən 200-dən çox adam Dünya İqtisadi Forumunda iştirak etmək üçün Bakıya gələcək. Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi haqqında strateji dialoq çərçivəsində keçiriləcək forumda regionda investisiyaların perspektivləri və onun sonrakı inkişafı məsələləri müzakirə ediləcək. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2013-cü ildə, Avropanın iqtisadi tənəzzül vəziyyətində olduğu bir vaxtda regionda iqtisadi artım 7 faiz təşkil edəcək. Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab bu ilin yanvarında Davos görüşündə Strateji dialoq çərçivəsində tədbiri Bakıda keçirmək barədə razılığa gəliblər. Forumda sənaye, nəqliyyat, infrastruktur, təbii sərvətlər, kənd təsərrüfatı, maliyyə və telekommunikasiya sahələrinin inkişafına dair məsələlər müzakirə ediləcək.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info