“Elə-belə olimpiya çempionu olmamışam”
Tarix: 27.12.2016 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


Toğrul Əsgərov: “Bir anlıq arxayınçılıq məni fəxri kürsünün ən yüksək pilləsinə qalxmağıma mane oldu”

“2016-cı il mənim üçün uğurlu oldu. 2013 və 2014-cü ildə çox çətin idi. Zədələrdən əziyyət çəkirdim”. Bunu “apasport.az” saytına Olimpiya çempionumuz Toğrul Əsgərov deyib. Sərbəst güləşçimiz artıq başa çatmaqda olan 2016-cı ili dəyərləndirib. London Olimpiadasının qalibi, Rio Oyunlarının ikincisi olan Əsgərov bildirib ki, bu 2 yarış arasında zədə səbəbindən özünü göstərə bilməsə də, Braziliyada yenidən özünü göstərməyi bacarıb: “Şükürlər olsun ki, zədələrdən qayıda bildim. Bu il sübut etdim ki, elə-belə Olimpiya çempionu olmamışam. Rio Yay Olimpiya Oyunlarında da qızılın bir addımlığında idim. Lakin bir anlıq arxayınçılıq məni fəxri kürsünün ən yüksək pilləsinə qalxmağıma mane oldu. 2016-cı il Azərbaycan üçün də uğurlu alındı. Rio Olimpiadasında tarixi qələbə oldu”. Olimpiya çempionu yeni illə bağlı hədəflərini də açıqlayıb. Onun sözlərinə görə, 2017-ci ildə bütün yarışlarda qələbə istəyindədir: “Yeni ildə bizim üçün çox çətin sınaqlar var. Əsas məqsədimiz İslam Həmrəyliyi Oyunlarında inamlı çıxış etməkdir. Doğma divarlar arasında güləşmək həqiqətən çox məsuliyyətli, çox çətin olur. İnşallah, Avropa Oyunlarında qazandığımız qələbəni burda da təkrarlayarıq”. Güləşçi yığmamızın baş məşqçisi Saypulla Absaidovun Firdovsi Umudovla əvəzlənməsinə də münasibət bildirib: “Uzun illərdi ki, bu proses davam edir. Burda ziyanlı bir şey görməmişik. Hər şey komandanın xeyrinə olur. Yeni ildə idmançılara bol-bol uğurlar arzulayıram. Həmişə istəklərinə çatsınlar”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info