“Yerli İdarəetmədə Qadın Liderliyi» adlı layihə çərçivəsində tədbir keçirilib
Tarix: 06.04.2013 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


«Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda» İctimai Birliyi Azərbaycanda ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) maliyyələşdirən və Kaunterpart İnterneşnl təşkilatının həyata keçirdiyi Qadın İştirakçılığı Proqramı (QİP) üzrə «Yerli İdarəetmədə Qadın Liderliyi (YİQL)» adlı layihəsi çərçivəsində Təfəkkür Universitetində tədbir keçirib. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin, idarəetmədə və yerli qərarların qəbulunda iştirak edən, həmçinin sahibkar lider qadınlardan ibarət 20 nəfərdən çox nümayəndə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində 2012-ci ildən bəri həyata keçirilən «Yerli İdarəetmədə Qadın Liderliyi» adlı layihəsi üzrə keçirdiyi bu dəyirmi masada tədbiri Nərimanov rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar üzrə şöbə müdiri İradə Mahmudova açaraq «Yerli İdarəetmədə Qadın Liderliyi» adlı layihənin əhəmiyyətini vurğuladı və tədbirin vacibliyi haqqında danışdı. O bildirdi ki, Dövlətin gender siyasətinin əsas istiqamətləri Azərbaycan dövlətinin qurucusu və memarı olan Heydər Əliyev tərəfindən 6 mart 2000-ci ildə imzalanmış “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” tarixi fərmanda öz əksini tapıb. Müasir və müstəqil Azərbaycanda qadın hərəkatının strateji inkişaf istiqamətlərini müəyyən edən bu fərman bütün qurumlarda qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunmasını, ölkədə gedən iqtisadi islahatlar çərçivəsində gender siyasəti tələblərini rəhbər tutmaqla qadınlar üçün kişilərlə bərabər imkanların yaradılmasını, qadınların məşğulluğunun təmin edilməsini və qadın hüquqlarının müdafiəsinin gücləndirilməsini təmin edir. İcra Hakimiyyətinin nümayəndəsi bildirdi ki, Nərimanov rayonunda kifayət qədər ictimai-siyasi aktiv qadın potensialı mövcuddur və bu tədbir onların səfərbər olunmasına və gələcəkdə daha səmərəli fəaliyyətinin qurulmasına kömək edəcək. Rayonda aparılan quruculuq və abadlıq işləri ilə yanaşı, burada yaşayan və fəaliyyət göstərən qadınların hüquq və imkanlarının artırılması, onların qərarvermə proseslərində iştirakinın aktivləşməsi və qadın liderliyinin inkişafının gücləndirilməsi sahəsində ictimai məlumatlandırma tədbirləri bundan sonra da davam etdiriləcək.
Layihə rəhbəri və “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri xanım Lyudmila Xəlilova «Yerli İdarəetmədə Qadın Liderliyi» adlı layihə, onun məqsəd və vəzifələri haqqında geniş məlumat verdi. O qeyd etdi ki, Prezidentin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul edilib ki, onun başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. Burada ölkədə gender bərabərliyinin təmin edilməsi məsələsi diqqət mərkəzində saxlanılacaq və onun həlli istiqamətində müvafiq tədbirlər gerçəkləşdiriləcək. Bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini gender əsaslı zorakılıq hallarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılması, qadınların işdə irəli çəkilmək, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi təşkil edəcək. Layihə rəhbəri bildirdi ki, ölkədə bu ilin yay aylarında keçiriləcək IV Qadın Qurultayına hazırlıq işləri gedir və bütün regionlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tədbirlər və konfranslar keçirir. Tədbir iştirakçıların da bu prosseslərdə aktiv və təşəbbüskar olmagı çox vacibdir. Bununla yanaşı o bildirdi ki, layihənin Nərimanov rayonunda həyata keçirilməsinin məqsədi burada Qadın Liderliyinin artırılması və qərarvermə prosesində iştirakının gücləndirilməsinə dair geniş maarifləndirmənin təşkili, qadınların liderlik üzrə bilik və bacarıqların artırılması və seçkilərdə qadın iştirakçılığının gücləndirilməsidir.
Tədbir iştirakçıları layihənin vacibliyini vurğulayaraq, qadın liderliyi, qadınların səlahiyyətləndirilməsi və iştirakçılığı ilə bağlı prioritet məsələləri müzakirə etdilər.
Bununla yanaşı qeyd edildi ki, bu gün ölkəmizin bütün sahələrdə inkişaf etdiyi bir dövrdə gənclərin də gender hüquq və bərabərliyi, qadın liderliyinin inkişafı və qərarların qəbuletmə prosesində aktiv iştirakı, bu sahədə bilik və bacarıqların inkişafı prioritet məsələlərin sırasında olmalıdır. Bu mənada, lider və rəhbər vəzifəsində olan qadınların üzərində böyük məsuliyyət var və bu sahədə maarifləndirməyə geniş yer ayrılmalıdır.

NIGAR




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info