Kissincer Rusiya ilə ABŞ arasında vasitəçilik edəcək
Tarix: 28.12.2016 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Məşhur siyasətçi, Tramp üçün Rusiya ilə münasibətləri normallaşdıracaq plan hazırlayır

Keçmiş dövlət katibi, məşhur siyasətçi Henri Kissincer Rusiya ilə münasibətlərin normallaşması istiqamətində ABŞ-ın yeni prezidenti Donald Tramp üçün yeni plan üzərində işləyəcək. Almaniyanın “Bild” nəşrinin məlumatına görə, bu plana, ilk olaraq, Rusiyaya qarşı tətbiq edilmiş qadağaların aradan qaldırılması və Ukrayna məsələsinin həlli daxildir.
Nəşrə görə, Kissencer Çinin güclənməsini nəzərə alaraq, Rusiya ilə əlaqələri inkişaf etdirməyin vacibliyini önə çəkib. Sabiq dövlət katibi, təcrübəli siyasətçi, şəxsən Rusiya prezidenti Vladimir Putinlə görüşmüş Kissincer iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması üçün vasitəçilik edəcək. Alman nəşrinin yazdığına görə, Tramp məhz Kissencerin məsləhəti ilə Rusiyaya qarşı tətbiq edilmiş qadağaların aradan qaldırılmasına can atır. Bunu “Avropanın təhlükəsizlik xidmətləri üçün analiz aparan” Trampın keçid komandasının məlumatı da göstərir. Burada Kissincer tərəfindən Trampa Ukrayna nəzərdə tutularaq “Rusiyanın keçmiş sovet respublikalarına təsiri” məsələsində güzəştə getmək məsləhət görülür. Rusiya Donbasın təhlükəsizliyinə zəmanət verir və qarşılığında Avropa Krımın Rusiyaya birləşdirilməsinə “qəzəb” nümayiş etdirmir. KİV-lərin yazdığına görə, Tramp bu minvalla, Rusiya və Çinlə münasibətlərdə “Kissincer oyunu” oynayaraq, daha çox Moskvaya üstünlük verəcək. Sabiq dövlət katibi bir müddət əvvəl verdiyi müsahibələrin birində Putinlə görüşünü xatırladaraq, onun ölkəsinin milli maraqlarına xələl gətirə biləcək heç bir addım atmayacağını bildirmişdi. Ötən ay Kissincer yenə də Tramp administrasiyasının Moskva ilə münasibətlərindən danışıb. O, Tramp administrasiyasının yeni üzvlərinə Rusiya ilə danışıqlarda Barak Obamanın yararlandığı “alçaldıcı ton”dan çəkinməyi, Moskvanı ciddi tərəf kimi qəbul etməyi məsləhət görmüşdü. Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov, Rusiya və ABŞ arasında əlaqələrin bərpasını müzakirə obyektinə çevirən Kissincerin roluna böyük önəm verib: “Kreml sabiq dövlət katibini Rusiya-Amerika münasibətlərinin sahəsində dərin biliyə malik müdrik siyasətçi hesab edir. Təbii ki, onun təcrübəsindən yararlanmağı, amerikalı həmkarlarımızın öhdəsinə buraxırıq. Bizim onların işlərinə müdaxilə etmək haqqımız olmadığı üçün biz bunu ancaq alqışlayırıq”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
23.03.2019
“Ərdoğan Trampa meydan oxuyur”
23.03.2019
ABŞ İranın daha 31 şəxs və şirkətini sanksiya siyahısına saldı
23.03.2019
Meksika senatında Novruz bayramı təntənəsi
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info