Son vaxtlar Ermənistan ordusu ilə bağlı neqativ hallar daha da artıb. Əgər əvvəllər bu orduda əsgərin əsgər yoldaşını güllələnəsi və ya intihar etməsi adi hal almışdısa artıq bu neqativ hadisələrə başqa bir neçə biyabırçı olay da əlavə edilib. Buna misal olaraq erməni əsgərlərin ərzaq paylarını kənd əhalisinə satması, erməni ordusuna məxsus geyimlərin bazarlarda satışa çıxarılması və s. kimi halları göstərmək olar. Bununla bağlı bu il erməni mətbuatı dəfələrlə tənqidi yazılar da yazıb. Bu günlərdə isə daha bir rüsvayçı olayın üstü açılıb. Belə ki, Ermənistanda hərbi hissələrin birinin kommunal xidmətinin rəisi Sarkis Kirakosyan satış məqsədi ilə hərbi hissədən qüllə oğurlamaqda ittiham olunub.
“News.am”-ın yaydığı xəbərə görə, S. Kirakosyan hərbi hissənin çavuşu Armen Muradyanı dəfələrlə qüllə oğurlamaqa məcbur edib, sonradan güllələri Stepanavan şəhər sakinlərindən birinə satıb.
İttiham olunan S. Kirakosyanın işi məhkəməyə göndərilib.
Tural
|