Yüksək Texnologiyalar Parkında yeni rezident şirkət fəaliyyətə başlayır
Tarix: 28.12.2016 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirdiyi işlər və apardığı islahatlar nəticəsində Yüksək Texnologiyalar Parkında daha bir yeni rezident şirkət fəaliyyətə başlayır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan şirkəti olan “CRM GROUP” MMC hazırda ölkəyə idxal olunan məhsulların yerli əvəzedicilərinin hazırlanması istiqamətində öz biznes fəaliyyətini qurmağı planlaşdırır. İnformasiya texnologiyaları, proqram həllər və müxtəlif avadanlıqların quraşdırılması, elmi tədqiqat və təcrübə-sınaq işlərinin aparılması, onların nəticələrinin sənayeyə tətbiq edilməsi üçün rezident şirkət tərəfindən bir sıra işlərin görülməsi nəzərdə tutulub.
“CRM GROUP” MMC şirkətinin məqsədi Azərbaycan və regional informasiya texnologiyaları bazarının tələblərinə əsasən, yeni texnoloji avadanlıqların istehsalı, qonşu ölkələrə ixrac olunması, həmçinin informasiya texnologiyaları innovasiyalarının “Made in Azerbaijan” brendi altında dünya bazarlarında tanıtımı və yerli innovativ məhsulların araşdırılıb inkişaf etdirilməsidir.
Şirkətin təqdim etdiyi “CRM IT INNOVATION PRODUCTS” layihəsinin Pirallahı adasında, Yüksək Texnologiyalar Parkının ərazisində həyata keçirilməsi üçün 2,5 hektar sahənin ayrılması nəzərdə tutulub. Bu ərazidə laboratoriyaların, anbarın, ofis və yardımçı sahələrin qurulması planlaşdırılır.
Yüksək Texnologiyalar Parkının sayca ikinci rezidenti olacaq bu şirkətin 2020-ci ilədək Azərbaycanda lazer printer tonerlərinin aparıcı distribüteri olması, həmçinin informasiya texnologiyaları proqram həlləri və xidmətləri üzrə aparıcı şirkətə çevrilməsi hədəf seçilib.
Qeyd edək ki, Yüksək Texnologiyalar Parkı yerli informasiya texnologiyaları şirkətləri ilə yanaşı, innovativ startap layihələrə daimi olaraq dəstək verir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info