Rüstəm İbrahimbəyov və Əkrəm Naibov eyni mərkəzdən idarə olunur
Tarix: 06.04.2013 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Elə bu səbəbdəndir ki, Əkrəm Naibov «Daş yuxular»la azərbaycanlıları təhqir edib, ermənilərə sevgisini göstərəndə
«ziyalı» Rüstəm onu müdafiə edirdi


Rüstəm İbrahimbəyov Rusiya mətbuatında yayılan son müsahibəsində bir daha Azərbaycanın milli maraqlarına, dövlət maraqlarına qarşı olduğunu bütün çılpaqlığı ilə ortaya qoydu. İndiyə qədər «yaradıcı insan» obrazının arxasında gizlənən Rüstəm geniş xalq kütlələrinə yazıçı-ssenarist kimi tanınırdı. Onun Moskvada fəaliyyət göstərməsi, Nikata Mixalkovla birlikdə film çəkməsi ilə fəxr edirdik. Amma indiyə qədər müqəddəs bilərək içində gizlətdiyi erməni sevgisindən xəbərimiz olmayıb. Elə bu səbəbdən keçirdiyi festivallara erməni qonaq dəvət etməsinə göz yumduq, bunu «yaradıcılığının» arxasına qoymağa üstünlük verdik. Onun erməni rejissor daşnak Roman Balayanı Azərbaycana dəvət etməsinin arxasında erməni sevgisi dayanırmış. Onlar indi də yaxın dostluq əlaqələrinə malikdir.
Amma bu illər ərzində xəbərimiz olmadı ki, Rüstəm çörəyini yeyib, suyunu içdiyi Azərbaycan xalqına, dövlətinə, torpağına nifrət edirmiş. Azərbaycanlıların qanını içən, Xocalıda körpə uşaqları qılıncdan keçirən, soyqırımı törədən ermənilərə hörmət, sevgi bəsləyirmiş. Onun ermənilərlə keçirdiyi görüşlər, onları «pul silmək» üçün təşkil etdiyi festivallara hörmətli qonaq kimi dəvət etməsi «yaradıcılıqla» əlaqəli deyilmiş, erməni sevgisi ilə bağlı imiş. Sən demə, Rüstəm İbrahimbəyov həmişə Bakını tərk etmiş ermənilərin xiffətini çəkib, onların həsrəti ilə yaşayıb.
Moskvada erməni qardaşları ilə oturub-duran, onlara böyük sevgi, hörmət bəsləyən kinorejissor Azərbaycan dövlətinin, xalqının ona yaratdığı şəraitdən, imtiyazdan istifadə edərək gizli şəkildə düşmənə işləyirmiş. Azərbaycana o qədər nifrət bəsləyirmiş ki, Şəhidlər xiyabanı kimi müqəddəs bir yerin lap yaxınlığında əyləncə-istirahət mərkəzi tikmək sevdasına düşmüşdu. Özü də Moskvada olan bir çox iş adamları ilə birlikdə. Onun Moskvadakı şəriklərinin ermənilər olması şübhə doğurmur. Görün bu insan nə qədər antiazərbaycan mövqedədir ki, Şəhidlər xiyabanının ərazisində erməni dostları ilə birlikdə əyləncə mərkəzi inşa etdirmək istəyirmiş. Bu məsələ onun bütünlüklə ifşa olunması ilə nəticələndi. Onsuzda indiyə qədər çəkdiyi bir çox filmlərdə azərbaycanlılara yuxarıdan aşağı baxması, azərbaycanlıları başqa millətlərin qarşısında savadsız, geridə qalmış obraz kimi təqdim etməsi İbrahimbəyovun xalqa olan yanaşmasını ortaya qoyurdu. Amma şəxsi maraqlarına toxunan kimi əsl mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoydu, özünü ifşa etdi. Erməni qardaşlarına olan sevgisindən heç vaxt vaz keçməyən İbrahimbəyov birdən-birə «ziyalı» oldu. Bakıda «forum» təşkil edərək nifrət etdiyi, əsərlərində, filmlərində aşağılayıcı formada təqdim etdiyi xalqın «dərdinə» yanmağa başladı. Əslində onun «ziyalılar forumu» yaratmasının arxasında dayanan əsas səbəb şəxsi biznesinə yaranan təhlükə idi. Çünki Azərbaycan xalqına nifrət edib, erməniləri sevən bir şəxsin birdən-birə Azərbaycanda siyasi mübarizəyə qoşulması, bunu da guya xalqın maraqları naminə etdiyini iddia etməsi nonsens idi. Bu azmış kimi «ziyalılıqdan» sonra «mili şura» yaradacağını elan etdi. Amma çox keçmədi ki, Rüstəmin «ziyalı», «şura» oyununun əsl mahiyyəti üzə çıxdı. Onsuz da onun bu siyasətbazlığının səbəbləri bu işdən az-çox xəbəri olanları bəlli idi. Amma «ziyalı» Rüstəm «Rosbalt»a verdiyi müsahibədə özünü ələ verdi. Bəlkə də ona belə bir göstəriş verilib.
Kinorejissor müsahibəsində ermənilərə qarşı düşmənçilik siyasətinin aparılmasını ciddi səhv hesab etdiyini, həmçinin onların da baş verən faciənin qurbanları olduğunu qeyd edib: «Azərbaycan və Ermənistanı götürək. Biz bir respublikada yaşayanda hər hansı ərazi iddiaları vardısa belə, onlar arzu idi, hərbi xarakter daşımırdı. Ermənistanda hesab edirdilər ki, Qarabağ onların torpağıdır, biz hesab edirik ki, bizim torpaqdır. Bu, müzakirə, danışıqlar, elmi tədqiqat predmetidir. Zənnimcə, münaqişənin hərbi yolla həlli cinayətdir. Bu, hər iki ölkənin əhalisinə, bütövlükdə insanlığa qarşıdır». «Ziyalı» Rüstəm hələ də şübhə edir ki, azərbaycanlılar Dağlıq Qarabağ münaqişəsinin qurbanıdır. Xocalıda soyqırımına məruz qalan, ərazisinin 20 faizi işğal olunan, 1 milyondan yuxarı qaçqını, məcburi köçkünü olan Azərbaycanın münaqişənin qurbanı olmasına şübhə ilə yanaşan bir şəxs azərbaycanlı ola bilərmi? Xocalı kimi soyqırımıdan sonra damarlarında azərbaycanlı qanı axan bir şəxs «ermənilərə qarşı düşmənçilik siyasətinin aparılmasını ciddi səhv» hesab edə bilməz. Bunun üçün ürəyin erməni sevgisi ilə döyünməli, damarında erməni qanı axmalıdır. Bunların ikisi də Rüstəmdə var. Bax elə bu səbəbdəndir ki, «ziyalı» Rüstəm Əkrəm Naibov «Daş yuxular»la azərbaycanlıları təhqir edib, ermənilərə sevgisini göstərəndə onu müdafiə edirdi. Çünki ikisi də erməni sevgisini daha ürəklərində gizli saxlaya bilməyərək onu hamıya göstərməyə qərar vermişdilər. Bütün bunlar göstərir ki, R.İbrahimbəyov da Əkrəm Əylisli kimi Vətəninə xəyanət yolu tutmuş ermənipərəst ünsürdür. Onun Ə.Əylislinin xəyanətinə münasibətdə ermənipərəst yazıçını dəstəklədiyini bəyan etməsi heç də təsadüfi xarakter daşımır və R.İbrahimbəyovun kosmopolit, antiazərbaycan ruhlu mövqeyindən irəli gəlir.
«Ziyalı» İbrahimbəyov müsahibəsində deyib ki, erməni xalqı bizə düşmən deyil: «Mən əminəm ki, erməni xalqı bizə düşmən deyil, onlar da azərbaycanlılar kimi baş verən faciənin qurbanlarıdır. Azərbaycan Dağlıq Qarabağı geri qaytarmaq istəyir. Lakin bu təkcə ərazi deyil, əksəriyyəti ermənilərdən ibarət olan əhalidir. Biz hesab edirik ki, Dağlıq Qarabağda yaşayan və yaşamış bütün insanlar Azərbaycan vətəndaşlarıdır. Deməli, onlar da Azərbaycanın digər hissəsində olduğu kimi bütün hüquqlara sahibdirlər. Onlara qarşı düşmənçilik hissinin formalaşdırılması ciddi səhvdir». Erməniləri bizə düşmən hesab etməyən «ziyalı» Rüstəm Azərbaycan dövlətinin maraqlarının əleyhinə gedir. Dövlətimizin illərdir həyata keçirdiyi siyasətə zərbə vurmağa çalışır. Azərbaycan ziyalıları, alimləri əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağın ermənilərə heç bir aidiyyəti olmadığı gerçəyini dünya ictimaiyyətinə təqdim etmək üçün mübarizə aparır. Amma adını «ziyalı» qoyan Rüstəm Dağlıq Qarabağda yaşayan əhali çoxluğunun ermənilərə məxsus olduğunu deyir. Onun bu fikiri, Köçəryan, Sərkisyan, Şahnazaryan, Balayanın dedikləri ilə eynilik təşkil edir. Qarabağ bir tərəfə İrəvanı onlara paytaxt kimi verdiyimiz heç də uzaq keçmişdə olmayıb. Bunu daim bilmirsən? Utanmadan ziyalılıqdan, «Azərbaycanın xilasından», «milli şura»dan danışırsan. Əslində Azərbaycan sənin kimilərdən xilas olmalıdır. Sən də, Əkrəm də eyni mərkəzdən idarə olunursunuz. Sizin ermənilərdən heç bir fərqiniz yoxdur. Ermənilər də Azərbaycana nifrət edir, siz də. Onlar da Qarabağın Ermənistana verilməsini istəyir, siz də. Belələrinin özlərini azərbaycanlı adlandırması xalqımız, milyona yaxın qaçqın və məcburi köçkünümüz, müharibədə əzizlərini qurban vermiş vətəndaşlarımız üçün, şəhidlərimizin ruhuna təhqirdir. Əkrəm Əylisliyə layiq olduğu yerini göstərən ictimaiyyətimizin onun digər tayı olan Rüstəm İbrahimbəyova da əsl münasibətini ortaya qoyacağına şübhə yoxdur.
Sevinin ki, Azərbaycan müasir, sivil, demokratik ölkədir, xalqımız isə həmişə humanizm prinsiplərinə üstünlük verir. Belə olmasaydı, Rəhim Qazıyev kimi xain bu gün sərbəst şəkildə Azərbaycanda yaşayıb, ağzına gələni danışmazdı. Azərbaycan demokratik ölkə olmasaydı, Moskvada erməni sevgisi ilə yaşayan sənin kimilər addımını bu dövlətin sərhədindən içəri qoya bilməzdi.
Anar MİRİYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info