Ağstafada şair-publisist Nüsrət Kəsəmənlinin 70 illiyi qeyd olunub
Tarix: 28.12.2016 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Görkəmli şair-publisist Nüsrət Kəsəmənlinin 70 illiyi Ağstafa şəhərindəki Yazıçılar Evində qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq, şairin həyat və fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, Nüsrət Kəsəmənlinin şeirləri oxucular tərəfindən sevilə-sevilə oxunur və şeirlərinin bir çoxuna mahnılar bəstələnib.
Sonra Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, Əməkdar İncəsənət Xadimi şair Barat Vüsal, Xalq Artisti Tariyel Qasımov, jurnalist Firdovsi Heydərli və digərləri çıxış edərək şairlə bağlı xatirələrini danışıblar. Qeyd olunub ki, şair-publisist Nüsrət Kəsəmənli oxucularının yaddaşında daim yaşayacaq.
Tədbirdə şairin həyat yoldaşı Rəhilə xanım çıxış edərək Nüsrət Kəsəmənlinin 70 illiyinin yüksək səviyyədə təşkilinə, göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Yubiley tədbiri şairin sözlərinə bəstələnən mahnıların ifası ilə yekunlaşıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info