Mühəndis istilikxana və heyvandarlıq komplekslərinin qızdırılması üçün sərfəli üsul təklif edir
Tarix: 28.12.2016 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Rusiya Varonej Texnologiyalar İnstitutunda mühəndis-texnoloq ixtisasına yiyələnən Akif Həsənov yardımçı təsərrüfatları, istilikxana və heyvandarlıq komplekslərini istiliklə necə təmin etmək haqqında düşünür.
Akif Həsənov bu məqsədlə minimum yanacaqla istiliyi uzun müddət təmin edə biləcək soba düzəldib. O, hazırladığı sobanın effektivliyini AZƏRTAC-ın əməkdaşlarının iştirakı ilə nümayiş etdirib.
Mühəndis-texnoloqun sözlərinə görə, bu sobadan əsasən kənd təsərrüfatında və məişətdə istifadə etmək mümkündür. Belə ki, hazırda bir çox istilikxanaların və ya heyvandarlıq komplekslərinin, yaxud kənd yerlərində evlərin qızdırılmasında təbii qazdan, ya da odun sobasından istifadə olunur. Bu, izafi xərclərə səbəb olur, xüsusən fermer təsərrüfatlarında məhsulun qiymətinə təsir göstərir.
Düzəltdiyi sobanın səmərəliliyinin ənənəvi odun sobasından 5 dəfə çox olduğunu, daha asan və ucuz başa gəldiyini söyləyən Akif Həsənov deyib: “Bu sobada yanma prosesi fərqlidir. Belə ki, əgər ənənəvi sobalarda yanacaq oksigenlə alt hissədən təmasda olursa, burada əksinə, oksigen üst hissədən daxil olur və yanma prosesini uzadır. Ənənəvi sobada yanma zamanı yaranmış qazlar hava ilə birlikdə sovrulur. Burada isə həmin qazlar içəridə qalaraq, yanma prosesində iştirak edir. Həmçinin istiliyi vəziyyətə uyğun olaraq tənzimləmək də mümkündür”.
Bu sobada istənilən bərk yanacaqdan - daş kömürdən, ağac qırıntılarından, taxta yonqarından, gərmədən istifadə etmək olar. “Əgər adi soba bir dəfə doldurulduqda 2-3 saata yanıb qurtarırsa, bu sobada eyni miqdarda yanacaq minimum 12 saat yanır”, - deyə Akif Həsənov bildirib.
Hələlik mühəndis-texnoloqun təqdim etdiyi soba kustar üsulla hazırlanıb və onun təkmilləşdirilməsinə ehtiyac var.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info