“Rüstəm İbrahimbəyov xalqımızı təhqir etdi”
Tarix: 06.04.2013 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Rüstəm İbrahiməyovun Rusiya mətbuatına verdiyi son açıqlamada nümayiş etdirdiyi erməni təəssübkeşliyi onu cəmiyyətin qınaq obyektinə çevirib. Əslində bu açıqlamanı verməklə Rüstəm İbrahimbəyov daxilindəki antiazərbaycan ruhunu yenidən büruzə verib.
Yazıçının açıqlaması ilə bağlı artıq ictimaiyyətin tanınmış nümayəndələri İbrahimbəyovun ünvanına sərt tənqidlərini bildirməyə başlayıblar. Məsələ ilə bağlı “İnsan Hüquqları XXI əsr Fondu”nun sədri Şahin Camalovun fikirlərini öyrəndik: “Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, son zamanlar bəzi ziyalıların “erməni təəssübkeşliyi” artıb və onlar bununla bağlı açıqlamalar verməklə özlərini gündəmə gətirirlər. Əfsuslar olsun ki, biz tarixdən dərs götürmürük , ona görə də XX əsrin əvvəlllərində ermənilər tərəfindən başımıza gətirilən soyqırımlar əsrin axırlarında yenidən başımıza gətirildi. Rüstəm İbrahimbəyov Əkrəm Əylisli kimi “erməni dəyirmanına su tökən”lərin sırasına qatılıb. Bildiyimiz kimi, “erməni lobbisi” dünyada çox güclü təsir qabiliyyətinə malik olan lobbilərdəndir. Onlar əvvəl olduğu kimi törətdikləri soyqırım aktlarını inkar etməklə, Dağlıq Qarabağın Ermənistanın ərazisi olmasının təbliği ilə, bir sözlə tarixi həqiqətlərimizi saxtalaşdırmaqla məşğuldurlar. Əkrəm Əylislinin yazdıqları, Rüstəm İbrahimbəyovun dedikləri də onların bu işini asanlaşdırır. Rüstəm İbrahimbəyov belə açıqlama verməklə, əslində ermənilərə öz yalanlarını doğru kimi dünyaya qəbul etdirmək şansını verir. Şübhəsiz ki, Əkrəm Əylisli kimi Rüstəm İbrahimbəyovun da dediklərindən erməni lobbisi məharətlə istifadə edəcək. Rüstəm İbrahimbəyovun dediklərini Xocalı soyqırımı qurbanlarına, şəhidlərimizə, ümumiyyətlə, xalqımıza qarşı təhqir hesab edirəm. Fikrimcə, Rüstəm İbrahimbəyov ya sözlərini düzəltməli, ya da bu hərəkətinə görə xalqdan üzr istəməlidir”.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info