Azərbaycan və Rusiya Ombudsmanları arasında saziş imzalanıb
Tarix: 28.12.2016 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Bakıda "Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf" mövzusunda konfrans keçirilib.
 
Konfrans Azərbaycanın müstəqilliyinin 25 illiyinə, Azərbaycanda "Multikulturalizm ili"nə və Ombudsman haqda Konstitusiya Qanununun qəbul olunması ilə ilk Ombudsman təsisatının yaradılmasının 15 illiyinə həsr olunub. Tədbirdə Ombudsman Elmira Süleymanova hesabat xarakterli məruzə ilə çıxış edib. O, 15 ildə görülən işlər haqda məlumat verib.
 
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, multikulturalizmin Azərbaycan modeli dünyada öyrənilir.
 
Ə. Həsənov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da çıxış edib. O qeyd edib ki, bəzi beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsini dondurmağa çalışır: "Azərbaycan buna imkan verməyəcək, işğal faktı ilə barışmayacaq. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar qəbul edib, lakin münaqişə hələ də həllini tapmayıb. Sual olunur, biz qoşulduğumuz hansı konvensiyanı icra etməmişik? Biz kimin torpağını işğal etmişik? İndiyə kimi Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin saxlanmasına 6,2 milyard manat vəsait xərcləyib".
 
Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib ki, son 15 ildə Azərbaycan insan hüquqları sahəsində bır sıra uğurlar qazanıb: "Azərbaycanda insan hüquqları sahəsində inkişaf göz önündədir".
 
Rusiya ombudsmanı qeyd edib ki, Azərbaycanda müxtəlif dini konfenssiyalar və milli azlıqlar bərabər hüquqlu vətəndaş kimi yaşamaqdadırlar.
 
T. Moskalkova onu da bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi-siyasi sahədə ciddi nailiyyətlər əldə edib.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, E. Süleymanova həyatını xalqa, vətənə həsr edib.
 
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, Ombudsman bu 15 ildə çox səmərəli fəaliyyət göstərib.
 
Tədbirdə Azərbaycan və Rusiya Ombudsmanları arasında iki tərəfli əməkdaşlıq sazişi imzalanıb. Sənədi Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova imzalayıblar.


Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info