Qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Tarix: 28.12.2016 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0102027510 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 6 investor tərəfindən 10 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 18,284,400.00 manat təşkil edib. Sifarişlər 90.9771 manat (19.9999 faiz) və 92.0191 manat (17.4899 faiz) qiymət intervalında təqdim olunub.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91.4515 manat (18.8500 faiz) orta ölçülmüş qiyməti 91.7116 (18.2247 faiz) təşkil edib. İstiqrazlar gələn il iyunun 27-də ödəniləcək.
Eyni zamanda, BFB-də Maliyyə Nazirliyinin manat nominallı, AZ0104028516 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçirilən hərracda 3 investor tərəfindən 6 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 14,743,300.00 manat olub. Sifarişlər 82.0483 manat (21.9999 faiz) və 87.7784 manat (13.9999 faiz) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 82.7233 manat (20.9999 faiz) orta ölçülmüş qiyməti 83.4716 (19.4716 faiz) təşkil edib. İstiqrazlar 2017-ci il dekabrın 26-da ödəniləcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info