“Azərbaycan dövləti Rusiyadakı azərbaycanlı icmalarının fəaliyyətini yüksək dəyərləndirir”
Tarix: 28.12.2016 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyev Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayının iştirakçılarına müraciət edib.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, müraciəti Prezidentin köməkçisi, PA-nın İctimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov oxuyub. Müraciətdə deyilir:

”Sizi Ümumrusiya Azərbaycan Konqresinin növbəti, IV Qurultayının işə başlaması münasibətilə təbrik edir, ali toplantınıza uğurlar arzulayıram. 
Uzun tarixi dövr ərzində Rusiya ilə siyasi-iqtisadi və humanitar sahələrdə təşəkkül tapmış dostluq əlaqələri bu ölkədə çoxsaylı Azərbaycan diasporunun formalaşmasını şərtləndirən əsas amillərdən olub. Hazırda Ümumrusiya Azərbaycanlıları Konqresi dünya azərbaycanlılarının diaspor təşkilatları sırasında xüsusi yer tutur. 15 il əvvəl ümummilli lider Heydər Əliyevin və Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinin xeyir-duası ilə təsis edilmiş bu qurum təşkilat səviyyəsinə və əhatə dairəsinə görə Azərbaycan diaspor hərəkətinin avanqardı sayıla bilər. Konqres ötən illər ərzində Rusiyadakı soydaşlarımızın mənəvi əlaqələrinin genişləndirilməsi, yaşadıqları regionların ictimai-siyasi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, Rusiya ilə Azərbaycan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və digər sahələrdə fəaliyyət göstərib. Diaspor quruculuğu məsələsinə daim böyük önəm verən Azərbaycan dövləti Rusiya Federasiyasında məskunlaşmış azərbaycanlı icmalarının pozitiv, yaradıcı və əhəmiyyətli sosial fəaliyyətini yüksək dəyərləndirir. Hesab edirəm ki, hər bir azərbaycanlı ilk növbədə yaşadığı ölkənin layiqli vətəndaşı olmalı, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak etməli, onun inkişafına öz dəyərli töhfəsini verməlidir. Məhz belə insanların daxil olduğu diaspor təşkilatları soydaşlarımızı sıx birləşdirə, xalqımızı ləyaqətlə təmsil edə və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə daha faydalı xidmət göstərə bilər”. 
 
Müraciətdə bildirilir ki, 2016-cı ildə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayı və VII Azərbaycan-Rusiya Regionlararası Forumunda Azərbaycan diasporunun Rusiya Federasiyasında gördüyü işlərə qiymət verilib, əldə edilmiş nailiyyətlər, qazanılmış təcrübə, müasir dövrün tələb və çağırışları nəzərə alınmaqla yeni vəzifələr müəyyən edilib: “Əmənəm ki, Ümumrusiya Azərbaycan Konqresinin bugünkü ali toplantısı da işgüzar şəraitdə və konstruktiv ruhda keçəcək, irəli sürülən ideyalar və qəbul edilən qərarlar qurumun işini keyfiyyətcə daha yüksək mərhələyə qaldırmağa, azərbaycanlıların dost Rusiyanın çoxmillətli cəmiyyətinə sıx inteqrasiyasına, iki ölkə arasında strateji əməkdaşlığın inkişafına əlavə imkanlar açacaq. Qurultay iştirakçılarına bu yolda əzmkarlıq, rəhbər orqanlara seçiləcək yeni heyətə ardıcıl, məqsədyönlü və uğurlu fəaliyyət arzulayıram. Fürsətdən istifadə edərək hamınızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm”.     
 




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Fransa şirkəti Azərbaycanın neft-qaz sahəsində suları təmizləyəcək
20.08.2019
Kooperativdə birləşmiş fermerlərin bank kreditlərinə əlçatanlığı asanlaşacaq
20.08.2019
Kooperativdə birləşmiş fermerlərin bank kreditlərinə əlçatanlığı asanlaşacaq
20.08.2019
Yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir
20.08.2019
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info