Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada tədbir keçirilib
Tarix: 28.12.2016 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Moskvada tədbir keçirilib. Tədbirdə Rusiyanın və Azərbaycanın gənclər birliklərinin nümayəndələri və rəsmi şəxslər iştirak ediblər. Bayram tədbirinə RAGB-nin Moskva, eləcə də regional bölmələrinin nümayəndələri də qatılıblar.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi idarə heyətinin üzvü Emin Hacıyev birliyin sədri Leyla Əliyevanın adından qonaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, təşkilatın 2016-cı ildə fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, başa çatmaqda olan il gənclər birliyi üçün uğurlu olub. RAGB-nin sədri Leyla Əliyevanın rəhbərliyi ilə bir sıra yeni layihələr həyata keçirilib. Birliyin üzvlərinin sayının ilbəil artdığını vurğulayan E.Hacıyev hazırda Rusiya Federasiyasının 60-dən çox regionunda təşkilatın bölmələrinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, həmçinin Rusiyada fəaliyyət göstərən digər ictimai birliklər və ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlıq əlaqələri qurulduğunu qeyd edib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika Bağının direktoru Aleksey Reteyum ölkəmizin son illər qazandığı uğurlardan söz açıb. O, Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığa böyük töhfələr verən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirib.
Rusiyadakı Türkiyə diasporunun rəhbəri Yusif Şən Türkiyə, Azərbaycan və Rusiya prezidentlərinin səyləri nəticəsində üç ölkə arasında yaranan strateji əməkdaşlıq münasibətlərindən danışaraq RAGB-nin uğurlu layihələrinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsində, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərin reallaşdırılmasında xidmətləri əvəzsizdir.
Sonra Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin regional bölmələrinin nümayəndələrinin təbrik videoları göstərilib.
Rəsmi hissədən sonra milli musiqi və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info