Portuqaliya millisinin və "Real"ın hücumçusu Kriştiano Ronaldo Avropada ilin futbolçusu seçilməsindən sonra fikirlərini bildirib. O, 2016-nın karyerasının ən yaxşı illərindən biri olduğunu deyib: "Real"la Çempionlar Liqası və Klublararası Dünya Çempionatının kubokunu qazandım. Portuqaliya millisi ilə ilk dəfə Avropa çempionu olun. "Qızıl top"u qazandım. Kim mənə, Portuqaliya millisinə və "Real"a şübhə edirdisə, deməli, onlar çaşıbmışlar. Biz hər şeyi udduq. Bundan artıq nə istəyə bilərəm ki?! Çox xoşbəxtəm. Millidəki və "Real"dakı komanda yoldaşlarıma təşəkkür edirəm". Qeyd edək ki, Avropa informasiya agentlikləri arasında keçirilən sorğuda İspaniyanın Kriştiano Ronaldo 2016-cı ilin ən yaxşı idmançısı seçilib. İyirmi yeddi informasiya agentliyinin iştirak etdiyi sorğuda 31 yaşlı hücumçu ingiltərəli tennisçi Endi Marreyi qabaqlayıb.
|