İraq ordusu Mosuldakı 56 rayondan 40-nı “İŞİD”-dən azad edib
Tarix: 29.12.2016 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


İraq hərbçiləri Mosulun böyük hissəsini “İŞİD” qruplaşmasının terrorçularından azad edib. Bunu “RİA Novosti”yə İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri bildirib.
“Hazırda Mosulun, habelə onun Naynava vilayətinə daxil olan ətraf ərazilərinin böyük hissəsi azad olunub. Bu, 56 rayondan 40-ı deməkdir”, - deyə nazir bəyan edib. Hökumət qüvvələri ölkənin ikinci böyük şəhəri olan Mosulun “İŞİD” qruplaşmasından azad edilməsi istiqamətində əməliyyatlara oktyabrın 17-də başlayıb. Bu şəhər iki ildən çoxdur ki, yaraqlıların nəzarətindədir və qruplaşmanın İraqdakı paytaxtı sayılır. Əməliyyatlarda ordu ilə yanaşı, şiə könüllüləri, kürd döyüşçülərindən ibarət “Peşmərgə” dəstələri iştirak edirlər. Onları İraq Hərbi Hava Qüvvələri və beynəlxalq koalisiyanın aviasiyası dəstəkləyir. Bu ərəfədə yerli telekanallar İraqın Baş naziri Heydər əl-Abadinin belə bir bəyanatını yaymışdılar ki, ölkə ərazisində fəaliyyət göstərən “İŞİD” yaraqlılarını tam məhv etmək üçün İraqa üç ay vaxt lazımdır. Suriyada “İŞİD”-ə qarşı beynəlxalq əməliyyatların komandanı general-leytenant Stiven Taunsend isə bir qədər əvvəl bəyan etmişdi ki, qruplaşmanın bütünlüklə məhv edilməsi azı iki il çəkəcək.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib
22.03.2019
Yeni Zelandiyada məsciddə oxunan azan dövlət televiziyasında canlı yayımlandı
22.03.2019
Afinada Rusiya səfirliyinin qarşısındakı polislərə qumbara atılıb
22.03.2019
Çində kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info